Tarixi köklərə söykənən Azərbaycan Vyetnam münasibətləri ŞƏRH
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Vyetnam münasibətlərinin tarixi təxminən yetmiş illik bir dövrü əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunu 19 noyabr 2026-cı il tarixində Vyetnama rəsmi görüşü zamanı Xəbər Agentliyinə verdiyi müsahibəsində də vurğulamışdır. Bu görüş ölkələrimiz arasındakı dostluq münasibətlərinin və qarşılıqlı birgə əməkdaşlığın keçdiyi tarixi inkişaf yolunu xüsusi olaraq əks etdirir. Belə ki, hələ 1959-cu ildə Vyyetnam prezidentinin Bakıya səfəri olmuşdur. Yəni, bu əlaqələrin təməli ilk olaraq bu tarixdən qoyulmuşdur. 1983-cü ildə isə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Vyetnama həyata keçirilən səfər də ölkələrarası münasibətlərin daha sıx inkişafına böyük töhfə vermişdir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana qarşılıq olaraq səfəri münasibətlərimizi daha da yaxınlaşdırmışdır.
Prezident İlham Əliyev müsahibəsi zamanı onu da nəzərə çatdırdı ki, 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamın Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı olmuşdur. Bu səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi qarşılıqlı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə zəmin olmuşdur. Müsahibədə həmçinin iqtisadi-ticari əməkdaşlıq, energetika, neft-qaz sənayesi, tikinti, investisiya, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi də vacib məsələlərdən biri kimi diqqətə çatdırılmışdır. Xüsusilə də, Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi Vyetnamla iqtisadi əlaqələrin inkişafında yeni imkanlara şərait yaratmışdır. İki tərəfli ölkələr arasında mədəni mübadilələr, təhsil, mədəniyyət, universitetlərarası əlaqələrin və birgə layihələrin inkişafı xalqların qarşılıqlı yaxınılaşmasına bir vəsilə olmuşdur. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil sahəsindəki təşəbbüsləri də bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında olan birgə əməkdaşlığı da xüsusi qeyd etmək lazımdır. Bu əməkdaşlıq siyasi partiyalar arasındakı münasibətlərin inkişafına xüsusi rəng qatır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlər yalnız dövlət və hökümət səviyyəsində deyil, həm də hakim siyasi partiyalar arasında da qarşılıqlı dialoq və əməkdaşlıq müstəvisində genişlənir.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək olur. Dövlət başçısı İlham Əliyev Vyetnamın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlədlərinin toxunulmazlığına verdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd etmişdir.
Azərbaycan və Vyetnam arasında tarixi dostluq ənənələri, yaxın və qarşılıqlı münasibətlər bu gün də strateji tərəfdaşlıq səviyyəsində inkişaf edərək gələcək əməkdaşlıq üçün daha yeni perspektivlərə yol açır.
Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Noyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















