Icma.az
close
up
RU
Yeni mövsümdə hər şey gözlənilir Qurban Qurbanov

Yeni mövsümdə hər şey gözlənilir Qurban Qurbanov

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Yeni mövsümdə hər şey gözlənilir" - Qurban Qurbanov

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ" "Şamaxı"nı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis ilk növbədə oyunun çətinliyini və futbolçuların yorğunluğunu vurğulayıb:

"Futbolçularımı vacib nəticə münasibətilə təbrik edirəm. Oyun əlavə vaxta gedə bilərdi, lakin ikinci hissədə üstünlüyü tam ələ aldıq. Bəzən səhvlərimiz olurdu. Futbolçular düzgün oynamağa çalışdılar. Futbolçularda yorğunluq hiss olunurdu. Bəzi səhvlərimiz olsa da, qələbə qazanmaq çox önəmli idi. İnanıram ki, qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər".

Q.Qurbanov Kadi Borgesin "8 nömrə" mövqeyində çıxış etməsinə və gələcək rotasiyalara da aydınlıq gətirib:

"Kadi bu qabiliyyətə sahibdir. Pedro Bikalyo "Nyukasl" və "Sabah"la matçlarda çox güc sərf etdiyi üçün onu qorumalı idik. Əslində Kadinin ön xətdə oynamasını istəsək də, bəzən oyun quruculuğunda belə yaradıcı oyunçuların geridə olması vacibdir. Gələcəkdə həm Montiel, həm də digər oyunçularla bağlı belə mövqe dəyişiklikləri edə bilərik. Futbolçuların universal olması bizim üçün sevindirici haldır".

Jurnalistlərin "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlovun açıqlaması və aprel ayındakı gərgin təqvim barədə suallarına baş məşqçinin cavabı belə olub:

"Keçmişə qayıtmağı xoşlamıram və bu suala cavab verməyəcəm. Oyunda baş verənlər elə orada da qalır. Aprel ayındakı sıx qrafikə gəlincə, biz buna hazır olmalıyıq. Psixoloji gərginlik və yorğunluq qaçılmazdır, lakin bu, bizim işimizdir. İstənilən oyuna futbolçuları kökləməliyik. Əlbəttə ki, bəzən bu, alınmır. Hər matça maksimum nəticə üçün çıxacağıq".

Sonda komandanın gələcək perspektivləri və heyətin genişləndirilməsi barədə danışan mütəxəssis bunları qeyd edib:

"Yeni mövsümdə hər şey gözlənilir, dəyişikliklər az da ola bilər, çox da. Bu il heyətimiz həddindən artıq yükləndi, oyun sayı əvvəlki illərdən xeyli çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə çalışacağıq ki, heyət baxımından əziyyət çəkməyək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Mart 2026 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri