Icma.az
close
up
RU
Qurban Qurbanov: Hər şey yoluna düşəcək

Qurban Qurbanov: Hər şey yoluna düşəcək

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Qarabağ" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qurban Qurbanov əvvəlcə dünənki qələbə münasibətilə "Sabah"ı təbrik edib: "Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Böyük uğurdur. Buna ancaq sevinməliyik”.

O, Kiyev "Dinamo”su ilə matça pis hazırlaşmadıqlarını vurğulayıb: "Bir neçə gün vaxtımız oldu, səmərəli istifadə edə bildik. Hesabda 0:1 geridə olsaq da, çalışacağıq ki, yaxşı nəticə əldə edək. İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var. Amma inanıram ki, yaxşı nəticə üçün futbolçular ən yaxşısını edəcəklər”.

"Qarabağ"ın baş məşqçisi "Dinamo"ya qarşı ilk oyunda fərdi səhvlərin səbəbini açıqlayıb: "Çox da rotasiya etməmişdik. Cəbrayıl ilk dəfə əsas heyətdə idi. Əvvəlki oyunlarda özünü pis tərəfdən göstərməmişdi. Oyunun gedişatında da pis deyildi. Sadəcə ola bilər ki, daha aktiv olmaq lazım idi. Rəqib sənə səhv etməyə şərait yaradır. Bəzən oyunun tempi aşağı olanda səhvlər olur, bəzən rahat davranırsan. Temp aşağı olanda rəqib sənə daha tez yaxınlaşır. Bu da səbəb ola bilər. Hər bir halda, səhvləri aradan qaldırmalıyıq. Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır. Təcrübəli oyunçular üçün futbolun dili birdir”.

Qurban Qurbanov komandanın 3 oyundur qol vura bilməməsinin psixoloji basqı yaratdığını deyib: "İllərdir bu işin içindəyəm və bunu normal qarşılayıram. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər inamlı olurlar. Qol vurmamaq istənilən komandada olur. Bunu aradan qaldırmağa çalışırıq. Komandalar bizə qarşı çox yaxşı müdafiə olunurlar. Qol vurmaq üçün daha artığını etməliyik. Bir az da öz planımızdan kənarda qaldıq. Zədə, bəzi oyunçuların tam hazır olmaması... Hər şey yoluna düşəcək”.

Qurban Qurbanov Abdullah Zubirin "Qarabağ"dan gedəcəyi ilə bağlı iddialara münasibət bildirməyib.

///Apasport

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Avqust 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri