Icma.az
close
up
RU
Yeni, müasir Azərbaycan quruldu

Yeni, müasir Azərbaycan quruldu

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın bu gününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə hansı çətinlikləri arxada qoyduğumuzu, daha dəqiq desək, bugünümüz üçün kimə borclu olduğumuzu daha dərindən dərk edir və böyük əminliklə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
3 oktyabr 1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir. Azərbaycanın müstəqilliyinin daimiliyini təmin edən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bugünü üçün gördüyü işlərin əsasında Onun uzaqgörənliyi, Vətəninə, xalqına bağlılığı dayanırdı. Dahi şəxsiyyətin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəkdə müstəqilliyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin Ümummilli Liderin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində atdığı addımlar bugünümüzə və gələcəyimizə hesablanmışdı.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində də Azərbaycanın bu günü üçün mühüm qərarlar qəbul edilmişdir. Bunlardan biri dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən qərarın-31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsini qeyd edə bilərik. Ulu Öndərin Naxçıvan fəaliyyətindən bəhs edərkən bu gün ölkəmizin həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. 1992-ci il 21 noyabr tarixində təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin həyatında yeni mərhələ başlandı. Partiyanın yaradılmasından çox keçmədi ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.
Bu ta­ri­xi pa­ra­lel daim xal­qı­mız tə­rə­fin­dən apa­rı­lır ki, Ümum­mil­li Li­der Hey­dər Əli­yev ne­cə ha­ki­miy­yə­ti­nin bi­rin­ci döv­rün­də Azər­bay­ca­nı keç­miş İt­ti­fa­qın ge­ri­də qal­mış öl­kə­sin­dən ən qa­baq­cıl öl­kə­si­nə çe­vir­di, elə­cə də 1993-cü il­də ha­ki­miy­yə­tə qa­yı­dı­şı ilə Azər­bay­ca­nı ye­ni­dən qur­du. Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu Ön­də­rin uzaq­gö­rən si­ya­sə­ti­nin nə­ti­cə­si ola­raq iq­ti­sa­diy­ya­tı­mı­zın in­ki­şa­fın­da neft ami­li­nə yük­sək də­yər ve­ril­di, ma­lik ol­du­ğu­muz tə­bii re­sur­s­lar­dan sə­mə­rə­li is­ti­fa­də et­mək məq­sə­di­lə gər­gin səy­lə­rin nə­ti­cə­sin­də 1994-cü il 20 sen­t­yabr ta­ri­xin­də “Əs­rin mü­qa­vi­lə­si” im­za­lan­dı. Bu­nun­la da Azər­bay­ca­nın iq­ti­sa­di müs­tə­qil­li­yi­nin əsa­sı qo­yul­du, si­ya­si müs­tə­qil­lik üçün möh­kəm tə­məl for­ma­laş­dı. “Əs­rin mü­qa­viləsi”nin əhə­miy­yə­tin­dən bəhs edər­kən onun iq­ti­sa­di tə­rə­fi ilə ya­na­şı, si­ya­si əhə­miy­yə­ti da­ha çox təh­lil edi­lir. Çün­ki bu sa­ziş Azər­bay­ca­na ina­mı ar­tır­dı, eti­bar­lı tə­rəf­daş ki­mi nü­fuz qa­zan­ma­sın­da mü­hüm rol oy­na­dı.
Ulu Öndər Heydər Əliyev Azər­bay­can­da de­mok­ra­tik cə­miy­yə­tin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də mü­hüm ad­dım­lar at­dı. O, mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi. Ümummilli Liderin Fərmanı əsasında mətbuatın üzərindən senzura götürüldü, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Belə ki, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. 1995-ci il 12 no­yabr­da ümum­xalq səs­ver­mə­si yo­lu ilə qə­bul olu­nan mil­li Kon­s­ti­tu­si­ya­mız döv­lət­çi­li­yi­mi­zin əsas­la­rı­nın ya­ra­dıl­ma­sın­da əsas rol oy­na­dı.
Da­hi şəx­siy­yə­tin Azər­bay­can döv­lə­ti qar­şı­sın­da xid­mət­lə­rin­dən bəhs edər­kən onun müs­tə­qil döv­lət ki­mi bey­nəl­xalq aləm­də ye­ri və ro­lu­nun möh­kəm­lən­mə­si is­ti­qa­mə­tin­də gör­dü­yü iş­lə­ri, bö­yük səy­lə­ri nə­ti­cə­sin­də Azər­bay­ca­nın ət­ra­fın­da ya­ra­dı­lan in­for­ma­si­ya blo­ka­da­sı­nın yarıl­ma­sı­nı xü­su­si qeyd et­mə­li­yik. Ümum­mil­li Li­derin hazırda tarixə qovuşan Qa­ra­bağ münaqişəsi ilə bağlı hə­qi­qət­lə­rin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasında mühüm rol oynadı. Bir da­ha dün­ya­ya sü­but edil­di ki, Azər­bay­can müs­tə­qil döv­lət­dir, bey­nəl­xalq sə­viy­yə­də ta­nı­nan əra­zi­lə­ri­nin ge­ri qay­ta­rıl­ma­sı, əra­zi bü­töv­lü­yü­nün bər­pa­sı üçün bü­tün im­kan­lar­dan is­ti­fa­də edə­cək. Ulu Ön­dər Hey­dər Əli­yev, ey­ni za­man­da, “Sülh da­nı­şıq­la­rı­nı cə­sa­rət­lə apar­maq üçün güc­lü or­dun ol­ma­lı­dır” te­zi­si­ni önə çə­kə­rək or­du qu­ru­cu­lu­ğu sa­hə­sin­də önəm­li ad­dım­lar at­dı.
Ümu­mi­ləş­dirilmiş şəkildə qeyd etsək, Ümum­mil­li Li­der ye­ni, müa­sir Azər­bay­ca­nı qur­du. O, “Mə­nim üçün hər şey­dən əziz mə­nim xal­qım­dır, mə­nim Və­tə­nim­dir, mə­nim tor­pa­ğım­dır” fi­kir­lə­ri ilə xal­qı­na, döv­lə­ti­nə bağ­lı­lı­ğı­nı ifa­də et­di. Onun dü­şü­nül­müş və məq­səd­yön­lü si­ya­sə­ti ilə Azər­bay­ca­nın gə­lə­cə­yi üçün möh­kəm ba­za for­ma­laş­dı ki, son 22 il­də bu si­ya­si kur­sun Pre­zi­dent­ İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ril­mə­si nə­ti­cə­sin­də Azər­bay­can uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizə, suverenliyimizin tam bərpa edilməsinə nail olduq. 30 illik torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı sürətlə reallaşır.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri