Yeni müqavilə üçün avtomobili ilə min kilometr yol qət etdi
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Yuventus"a yeni təyin olunmuş xorvatiyalı 46 yaşlı baş məşqçi İqor Tudor klubla müqavilə imzalamaq üçün avtomobillə min kilometr yol qət edib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Bildirilir ki, mütəxəssis klub rəhbərliyinin çağırışından dərhal sonra maşınına minərək Turinə yollanıb. Tiaqo Motta tutduğu vəzifədən azad edilənə qədər xorvatiyalı Splitdəki evində idi.
Qeyd edək ki, 46 yaşlı İqor Tudor 1998-2007-ci illərdə "Yuventus"da çıxış edib və 2020-2021-ci illərdə də klubun məşqçilər korpusunda olub. Baş məşqçi kimi "Marsel", "Latsio", "Verona", "Udineze" və digər klublarda çalışıb.

Müqavilə üçün 1000 km yol qət etdi
25 Mart 2025 16:19
Nəsli kəsilməkdə olan qurbağalar: Doğum etmək üçün 11 min kilometr yol qət etdilər
03 Fevral 2025 12:34
Föller üçün yeni müqavilə
09 Aprel 2025 15:50
Rafinya üçün yeni müqavilə
13 May 2025 08:28
Minamino üçün yeni müqavilə
05 Mart 2025 10:39

