Nəsli kəsilməkdə olan qurbağalar: Doğum etmək üçün 11 min kilometr yol qət etdilər
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Nəsli kəsilməkdə olan erkək Cənubi Darvin qurbağaları, növlərini xilas etmək üçün İngiltərəyə gətirilib. Bu qurbağalar balalarını səs kisələrində böyüdür və ağızlarından doğaraq dünyaya gətirirlər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, vilayətin cənub sahillərindəki bir adadan London Zooparkına gətirilən qurbağalar 11265 kilometrlik səyahətdən sonra 33 bala dünyaya gətirib. Bu növ 1834-cü ildə Çarlz Darvin tərəfindən kəşf edilmişdir.
Qurbağalar xitridiomikoz göbələk xəstəliyi səbəbindən nəsli kəsilmək riski altındadır. 2023-cü ildə araşdırmalar xəstəliyin Cənubi Darvin qurbağalarının yaşadığı Parque Tantauco meşələrinə çatdığını və bir il ərzində 90 faiz azaldığını göstərdi.
Mühafizə qrupu sağlam qurbağaları iqlimə nəzarət edilən xüsusi qutularda daşıyıb. Səyahət altı saatlıq qayıqla, 15 saatlıq maşınla və Santyaqodan Hitrouya uçuşdan ibarət idi.
Hər birinin çəkisi 2 qramdan və boyu 3 sm-dən az olan yetkin erkək qurbağalar səyahət boyu balalarını daşıyıblar. Onlar Londona çatanda, iribaşlar atalarının ağzından çıxaraq qurbağa formasına çevrilib.
London Zooparkının Amfibiyalar üzrə kuratoru Ben Tapley, bu inkişafın növlərin qorunub saxlanması üçün vacib olduğunu bildirərək: “Bu balaların inkişafı növlərin gələcəyi üçün böyük ümiddir” deyib.
ZSL Zoologiya İnstitutundan Andres Valenzuela Sanchez: “Bu qurbağalar təkcə öz növlərini deyil, həm də digər suda-quruda yaşayanları qorumağa kömək edəcək”, – deyə bildirib.
Bu proses Ser David Attenboroughun məşhur təbiət sənədli serialında da yer alıb.
Günel Həsənova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 Fevral 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















