Icma.az
close
up
RU
Yeni qanun necə işləyəcək? Deputat yaş nəzarəti mexanizmini izah etdi

Yeni qanun necə işləyəcək? Deputat yaş nəzarəti mexanizmini izah etdi

Icma.az bildirir, Modern.az portalına istinadən.

Uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı yeni qanun cəmiyyətdə geniş müzakirə olunur. Məqsəd azyaşlıları zərərli məzmundan və rəqəmsal risklərdən qorumaq olsa da, qanunun praktikada necə tətbiq ediləcəyi, yaş məhdudiyyətinə nəzarətin hansı mexanizmlərlə həyata keçiriləcəyi və bu sahədə dünya təcrübəsinin Azərbaycanda nə dərəcədə effektiv ola biləcəyi diqqət mərkəzindədir.

Dünya təcrübəsində uşaqların sosial şəbəkələrdən istifadəsinə qoyulan məhdudiyyətlər necə tətbiq olunur? Azərbaycanda qəbul edilən yeni qanun praktikada necə işləyəcək, yaşa nəzarət hansı mexanizmlərlə təmin ediləcək və bu qaydaların effektiv icrası üçün hansı addımlar atılmalıdır?

Modern.az-a danışan deputat Cavanşir Feyziyev deyib ki, ölkəmizdə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin qoyulması bizim üçün yeni hal olsa da, bu təcrübə dünyada çoxdan mövcuddur:

“Ona görə də bu məsələdə hər hansı qeyri-müəyyənlik olduğunu düşünmürəm. Bir qayda olaraq sosial şəbəkə hesablarının açılması və ümumiyyətlə internet üzərindən təklif olunan çoxsaylı xidmətlərdən istifadə mütləq şəkildə istifadəçiyə aid ən azı yaş, ünvan və sair ilkin məlumatların toplanmasından, yəni orada qoyulmuş suallar cavablandırıldıqdan sonra aktivləşir. Əgər bütün məlumatlar doğru şəkildə daxil edilibsə, uşaq artıq əsasən müdafiə olunmuş hesab oluna bilər. Çünki istifadəyə təklif olunan şəbəkə məhsullarının özündə öncədən yaşa görə məhdudiyyət nəzərdə tutulur. Buna baxmayaraq qlobal şəbəkələrdə yaş məhdudiyyətini nəzərdə tutmayan və ya məqsədli şəkildə azyaşlı uşaqlara ünvanlanan zərərli kontentlər də ola bilər və var”.

Deputatın fikrincə, valideynlərin və müəllimlərin öhdəsinə düşən vəzifə uşaqları məhz bu kimi təhlükəli kontentlərdən qorumaqdır:

“Bunun üçün qlobal şəbəkənin özü tərəfindən təklif olunan digər mexanizmlər də var. Məsələn, valideyn azyaşlı övladının nə zaman internetə daxil olması, orada nə qədər müddət ərzində qalması, hansı saytlara giriş tələb etməsi və daxil olması barədə bütün məlumatları real vaxt rejimində və ya valideynin özü tərəfindən müəyyən edilmiş mütəmadi vaxt intervalında özünün şəbəkə hesabına ala bilər. Mövcud vəziyyəti daha da sadələşdirməyə çalışsaq belə deyə bilərik: qlobal şəbəkə bizdən asılı olmayaraq mövcuddur və o yaşından asılı olmayaraq dünyanın bütün sakinləri üçün cazibədar virtual reallıq yaradır”.

C.Feyziyev bildirib ki, virtual aləmdə real dünyada olduğu kimi faydalı və zərərli kontentlər var:

“Real dünyada uşaqları zərərli kontentlərdən qorumaq istiqamətində bəşəriyyətin on min illərlə ölçülən təcrübəsi var. Buna baxmayaraq, insan cəmiyyətinin hər bir tarixi inkişaf dövrünün öz fəsadları mövcuddur. Heç bir tarixi dövrdə nə uşaqlar, nə də böyüklər bu fəsadlardan tam şəkildə qoruna bilib”.

Cavanşir Feyziyev deyib ki, virtual dünyanın isə cəmi 50 yaşı var:

“İnternetin tətbiqinə başlanıldığından sonrakı ilk 50 ildə formalaşan bu günkü virtual dünyanın da öz fəsadları var. Lakin bu sahədə ortaya çıxan və ya çıxa biləcək fəsadların önlənməsi və ya aradan qaldırılması da daha çox virtual reallığın özü kimi alqoritmlərə əsaslanır. Bu alqoritmlərin təkmilləşdirilməsi istənilən istifadəçini, o cümlədən uşaqları getdikcə daha etibarlı şəkildə qoruya biləcək. İnanıram ki, süni intellektin inkişaf etdirilməsi də bu istiqamətdə bu gün rastlaşdığımız problemlərin həllində vacib rol oynayacaq. Amma belə texniki alətlərin mövcudluğu da kifayət deyil. Çünki internet onun suallarına istifadəçi uşaq tərəfindən daxil edilən cavablarda göstərilən məlumatların doğruluğuna inanır və müvafiq şəkildə davranır. İnsan isə yalan da danışa bilir. Deməli, bu dilemmanın həllində yenə də insan həlledici rol oynayır. Problemin ən yaxşı və düzgün həll yolunu valideyn-uşaq-məktəb üçbucağında səmimi kommunikasiyanın təmin olunmasında axtarmaq lazımdır. Texniki alətlərdən istifadə etməklə uşaqların onlara faydalı olmayan kontentlərə girişinin qarşısını almaqla bərabər həm də valideyn və müəllim niyə bunun edildiyini, uşaqları nədən qorumağa çalışdıqlarını onların özlərinə izah etməlidirlər. Bu məqsədlə valideynlərin və müəllimlərin özlərinin də mütəxəssislər tərəfindən müvafiq seminarlar vasitəsilə maarifləndirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bunun da bir çox ölkələrdə geniş yayılmış təcrübəsi mövcuddur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyul 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri