Deputat qanun dəyişikliyinə etiraz etdi
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Min manat borcu olan vətəndaşın ölkədən çıxmasına məhdudiyyət qoyulması düzgün deyil.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
Deputat vurğulayıb ki, layihəyə əsasən, xarici ticarət iştirakçısının borcuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək.
“Layihə borc məbləğlərində minimum həddlər müəyyənləşdirmir. Burada xüsusi meyara ehtiyac var və minimum əmək haqqı məbləği ilə əlaqələndirilə bilər” – o vurğulayıb.
V. Bayramov həmçinin bildirib ki, səyyar gömrük auditinin 20 iş gün (zərurət olduqda 30 günədək) davam etməsi uzun hesab olunur və bu müddətin azaldılması təklif edilir. Onun fikrincə, elektronlaşma şəraitində sahibkar fəaliyyətinin təxminən bir ay yoxlanılması məqsədəuyğun sayılmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 29 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















