Icma.az
close
up
RU
Yeni qanun tibb işçiləri üçün nələri dəyişəcək? Millət vəkilindən AÇIQLAMA

Yeni qanun tibb işçiləri üçün nələri dəyişəcək? Millət vəkilindən AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ötən ay Milli Məclisdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun qəbul edilib. Prezident İlham Əliyev qanunun implementasiyası ilə bağlı fərman imzalayıb. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna edilən dəyişikliklər əsasında artıq Azərbaycanda praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan və məşğul olmaq istəyən şəxslərin sertifikasiyası üçün iki seçim yolu təklif edilir. Qanunun hazırlanmasında beynəlxalq təcrübəyə istinad olunmuşdur. Belə ki, ölkəmizdə sertifikasiya, həmçinin Dünya Tibb Təhsili Federasiyası tərəfindən tövsiyə edilən davamlı peşəkar inkişafın (DPİ) qiymətləndirilməsi metodu ilə aparılacaqdır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyib. O bildirib ki, sertifikasiyanın həyata keçirilməsi üçün təklif olunan yeni üsulla praktiki tibb fəaliyyəti və əczaçılıqla məşğul olan və olmaq istəyən şəxslər davamlı peşəkar inkişaf (DPİ) üsulu üzrə elmi, pedaqoji, tədris fəaliyyətləri həyata keçirməlidir:
“Onlara bu fəaliyyətlərə görə kredit balları veriləcək. Yəni tibb işçisi praktiki tibb fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğuldursa, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş tədbirlərdə, konqreslərdə iştirak edir, məqalələri elmi jurnallarda dərc olunursa, bu, ona kredit balı qazandıracaq. Həmçinin, ali və ya peşə-ixtisas təhsil müəssisəsində və ya digər mərkəzlərdə pedaqoji və tədris fəaliyyəti ilə məşğuldursa, bunun üçün kredit balı veriləcəkdir. Bu isə tibb mütəxəssislərinin yalnız ixtisasartırma kurslarında iştirakla məhdudlaşmaması, peşəkar inkişafları üçün elmi fəaliyyətlərinin inkişafına da stimul verəcək və onları daim öz üzərində işləməyə vadar edəcək.
Deputat qeyd edib ki, qanun tibb mütəxəssislərinin beynəlxalq peşəkar mühitə inteqrasiyasına şərait yaradır:

“Beynəlxalq konfranslarda iştirak, beynəlxalq jurnallarda məqalələrin dərc olunması, bu konfranslarda təqdimat, çıxış edilməsi tibb mütəxəssislərinə əlavə kredit balları qazandıracaq. Onu da qeyd edim ki, bu üsul həm əczaçılara, həm də orta tibb işçilərinə də aiddir.
Sertifikasiya üçün ənənəvi üsul isə sertifikasiya imtahanından keçməkdir. Hazırkı qanun sertifikasiya şəhadətnaməsi əldə etmək üçün daha çevik və effektiv yanaşma təklif edir. DPİ üzrə fəaliyyətləri olmayan, elmi, pedaqoji, tədris fəaliyyətləri olmayan tibb mütəxəssisləri də ənənəvi qaydada imtahandan keçə bilərlər. Bu imtahanlar mütəmadi olaraq təşkil olunur və keçə bilməyən şəxslər hazırlaşıb yenidən imtahan verə bilərlər”.
Millət vəkili son olaraq qeyd edib ki, DPİ üzrə fəaliyyətlərdən minimum kredit balı toplayan şəxslər də sertifikasiya üçün ənənəvi üsul olan imtahandan keçərək şəhadətnamə ala bilər.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyul 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri