Icma.az
close
up
RU
Yeni Qarabağ gözümüzün önündə doğulur

Yeni Qarabağ gözümüzün önündə doğulur

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

50 min insan artıq yaşayır, bu, başlanğıcdır - qarşıda daha böyük köç olacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam edir. Dekabrın 12-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə yola salınıb. Bu mərhələdə Həsənriz kəndinə 16 ailə - 74 nəfər köçürülür. Həsənrizə köçən ailələr Tərtər şəhərindəki Bayraq meydanından yola salınıb. Uzun illərdən sonra yurdlarına yola salınan sakinlər qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Ailələr bildiriblər ki, doğma torpaqlarına qayıdış onlar üçün təkcə yaşayış şəraitinin yaxşılaşması deyil, həm də illərlə davam edən Vətən həsrətinin sona çatması deməkdir. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Təhminə İsayeva deyib ki, bu gün həm sevincli, həm də qürurludur: "Çünki şanlı Ordumuzun qəhrəmanlıqla azad etdiyi torpaqlara qayıdırıq. Şəhid qanı tökülən bu torpaqlar indi bizim üçün daha əziz, daha müqəddəsdir. Doğma yurda qayıtmaq sevincini bizə yaşatdığına görə Ali Baş Komandana, Ordumuza minnətdaram". Dekabrın 11-də Xocalı rayonunun Şuşakənd kəndinə köçən ailələrə də evlərinin açarları təqdim olunub. Bu mərhələdə Şuşakəndə 51 nəfərdən ibarət 14 ailə köçürülüb. ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Evlərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini, yol, su, elektrik, qaz və digər kommunal infrastrukturun tam təmin olunduğunu vurğulayıb. Sakinlər də doğma yurda qayıtmağın sevincini bölüşüb, açarları təhvil alaraq evlərində məskunlaşıblar.

Həmin gün Xocalı rayonunun Badara və Ballıca kəndlərinə çatan ailələrə də yeni evlərinin açarları təqdim olunub. Qeyd olunub ki, Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə isə 9 ailə - 38 nəfər köçürülüb. Doğma yurda köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Açarları təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, Ballıca və Badara kəndlərində rahat yaşayış üçün hərtərəfli şəraitin yaradıldığını deyib. Onun sözlərinə görə, yaşayış məntəqələrində müasir standartlara uyğun evlər, məktəblər, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib. 

Məlumat üçün deyək ki, doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri ətraflı izah edilir. Növbəti tədbir Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinə köçürülən ailələr arasında keçirilib. Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Mina təhlükəsi ilə bağlı hazırlanan videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır, sosial müdafiə məsələləri haqqında videoçarx isə vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan hallarını izah edir. Bu videoçarxlar mediada mütəmadi olaraq yayımlanır. Qeyd edək ki, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Xatırladaq ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir. 

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir. Bu dəfə Laçın, Xocalı, Ağdərə və Xocavənd rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində “Çatdırılma xidməti”, “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti”, “Arıçılıq təsərrüfatı”, “Keçiçilik təsərrüfatı”, “Maldarlıq təsərrüfatı” və “Qoyunçuluq təsərrüfatı” zərfləri üzrə aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 633 şəxs özünüməşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını yaradıb.

Millət vəkili Samir Vəliyev "Şərq"ə deyib ki, yeni strateji mərhələdə "Böyük Qayıdış" ölkəmizin beş əsas milli prioritetindən biri kimi müəyyənləşdirilib. Deputat bildirib ki, Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır məcburi köçkünlük həyatı yaşamış soydaşlarımızın doğma yurdlarına layiqli qayıdışını təmin etmək əzmindədir: "Hazırda işğaldan azad olunmuş ərazilərdə intensiv minatəmizləmə əməliyyatları aparılır. İqtisadi və sosial təyinatlı müasir infrastruktur yaradılır. Yaşayış məntəqələri yenidən qurulur və ərazilərin məskunlaşdırılması uğurla davam edir. Bir sözlə, göz önündə yeni Qarabağ formalaşır. Böyük qələbələrimizin əsas memarı olan Prezident İlham Əliyev azad edilmiş ərazilərin yenidən qurulmasını şəxsi nəzarətində saxlayır ki, bu da layihələrin daha sürətli və keyfiyyətli icrasına təsir göstərir. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərə səfəri zamanı bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak edir, dəyərli tövsiyələrini verir. Səfər çərçivəsində Prezident İlham Əliyev, həmçinin uzun illərdən sonra doğma yurdlarına qayıdan sakinlərlə görüşərək onlara xoş arzularını çatdırır. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına indiyədək dövlət büdcəsindən təxminən 22 milyard manat vəsait yönəldilib. Təkcə cari ilin yanvar-sentyabr aylarında bu ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 900,9 milyon manat vəsait xərclənib. Bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə minalardan təmizlənmə işlərinə ayrılıb. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. "Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrinə ümumilikdə 140 min insanın köçürülməsi planlaşdırılır". Parlament üzvü bildirib ki, "Böyük Qayıdış" strategiyası gələcəkdə də eyni ardıcıllıqla davam etdiriləcək: "Prezidentin 2025-ci il 30 may tarixli Sərəncamı ilə "2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrası məqsədilə 2025-ci il 18 iyun tarixli Sərəncamla Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiqlənib. Prezident İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə "Böyük Qayıdış"ın növbəti mərhələsinin başladığını bəyan edib". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri