Yeni QAYDA Müəllimlər dərs bitsə də, məktəbdə OLACAQLAR
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, müəllimlərin maaşının dərs saatına deyil, iş saatına uyğun qaydada müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
Bu isə müxtəlif fikirlərə səbəb olur. Bəzi müəllimlər bu qərardan razıdır, bəziləri isə yeniliyin maaşa necə təsir edəcəyi barəsində məlumatsızdırlar.
Bəs əməkhaqqının iş saatlarına görə hesablanması nə kimi müsbət nəticə verəcək?
Bizim.Media mövzuyla əlaqədar təhsil eksperti Elşən Qafarovun fikirlərini öyrənib. Ekspert ilk olaraq bildirib ki, sözügedən yenilik bu il yox, 2026-2027-ci tədris ilində tətbiq olunacaq.
“İş saatına görə hesablama müəllimlərin əməkhaqqına təsir etməyəcək. Yəni tam ştat 18 , yarım ştat 9, ştat yarım isə 27 saatla müəyyən olunacaq. Müəllimlərin də dərs saatları həmin ştatlara uyğunlaşdırılacaq. Müəllim iş saatı ərzində məktəbdə olacaq. İndi olduğu kimi dərsini dedikdən sonra getməyəcək”.
Elşən Qafarov vurğulayıb ki, sözügedən yenilik əməkhaqqına ciddi təsir etməsə də, təhsil müəssisələrində iş rejiminin qurulmasına şərait yaradacaq.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Noyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















