Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Tam ştatlı müəllimlər dərsdən sonra nə ilə məşğul olacaqlar? YENİ DETALLAR

Tam ştatlı müəllimlər dərsdən sonra nə ilə məşğul olacaqlar? YENİ DETALLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər müəllimlərin əməkhaqlarının iş saatına əsaslanaraq yenidən tənzimlənməsi barədə müzakirələr təhsil gündəminin əsas mövzularından birinə çevrilib.

Təklif olunan tam ştatlı müəllim modelinin tam mexanizmi hələ müzakirə mərhələsində olsa da, elm və təhsil naziri Emin Əmrullayevin son çıxışı bu prosesin ümumi istiqamətlərini daha aydın göstərdi. Burada əsas nüans müəllimin məktəbdə həyata keçirdiyi çoxsaylı pedaqoji fəaliyyətin vahid çərçivədə qiymətləndirilməsi və məktəblərin bu yükə uyğun təşkilatlanmasıdır. 

Modern.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BDU-nun professoru Hikmət Əlizadə  “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müəllimin fəaliyyəti yalnız dərs demək ilə yekunlaşmır, onlar pedaqoji fəaliyyət çərçivəsində məktəbdə müxtəlif işlər həyata keçirməlidirlər: “Müəllimlərin fəaliyyətinin iş saatına görə tənzimlənməsi maraqlı yenilikdir. Bu modelə görə, “tam ştatlı müəllim” anlayışı meydana çıxır. Yeni təklif olunan modelin mexanizmi hələ tam açıqlanmasa da, elm və təhsil nazirinin son açıqlaması yeni model haqqında mücərrəd təsəvvürlərin konkretləşməsinə kömək etdi.

Ümumiyyətlə, müəllimlər məktəbdə peşəkar inkişaflarını artırmaq məqsədilə bir-birilərinin dərsində iştirak etməlidirlər. Bu zaman onlar bir-birlərinin təcrübələrini öyrənmək imkanı əldə edirlər. Uzunmüddətli pedaqoji təcrübəmə əsasən, qeyd edə bilərəm ki, hər bir müəllimin dərsində özünəməxsusluq olur, təcrübələrin paylaşılması bu baxımdan məqsədəuyğundur. Sadəcə olaraq bir məsələyə diqqət etmək lazımdır. Müəllimlər bir-birilərinin dərsində nöqsan axtarmaq üçün deyil, təcrübələrini bölüşmək üçün iştirak etdikdə uğur qazana bilərlər.

Fənn metodbirləşmə üzvləri öz ixtisasları üzrə yeni pedaqoji məsələləri bir yerdə müzakirə etməyə geniş yer verməlidirlər. Bu gün pedaqoji yeniliklər o qədər sürətlə çoxalır ki, müəllimlərin onların hamısını əxz etməsi sadəcə olaraq mümkün deyil. Eyni fənn müəllimlərinin bir yerdə həm elmi, həm də pedaqoji yenilikləri müzakirə etməsi təcrübələrin bölüşdürülməsi  kontekstində mühüm əhəmiyyət kəsb edir. Hətta müxtəlif fənn müəllimlərinin də bir yerdə hər hansı bir problemi müzakirə etməsi məqsədəuyğundur. Bu onların həm dünyagörüşünün artması, həm də təlim prosesində interdisiplinar paradiqmanın reallaşması baxımından müsbət nəticə verə bilər”.

Professor qeyd edir ki, müəllimlər pedaqoji fəaliyyətlərində qeyd olunan məsələlərdən əlavə, müxtəlif könüllü işlər görürlər, lakin bu, iş saatına daxil olmadığı üçün pərakəndə xarakter daşıyır: “Müəllimlər dərsdən sonra şagirdlərlə sinifdənxaric işlər həyata keçirməlidirlər. Dərsdən sonra müxtəlif məzmunlu tədbirlərin təşkil edilməsi həm şagirdlərin təlim maraqlarının və dünyagörüşünün artmasına, həm də tərbiyəlilik keyfiyyətlərini formalaşmasına xidmət edə bilər. Müasir təlim konsepsiyalarının tələblərinə görə, məktəbdə həm öyrədici, həm tərbiyəedici, həm də inkişaf etdirici mühit yaratmaq lazımdır ki, şagird bu mühitdə inkişaf etsin, formalaşsın, sosiallaşsın.

Müəllimlər bu gün öz pedaqoji fəaliyyətlərində qeyd olunan məsələləri həyata keçirirlər. Bundan əlavə, onlar şagirləri olimpiadalara, yarışlara, festivallara və s. hazırlayırlar. Amma bu fəaliyyətlər könüllü həyata keçirilir. Onlar müəllimlərin iş saatına daxil olmadığı üçün pərakəndə xarakter daşıyır. Bir müəllim çox işləyir, digəri isə... Görülən işin nəticəsi bu səbəbdən yüksək olmur. Müəllimlərin pedaqoji fəaliyyətini daha səmərəli təşkil etməyin zamanı yetişib. Bu istiqamətdə tam ştatlı müəllimlərin yaradılması fikrini təqdir edirəm. Təbii ki, yeni modelin tətbiqi mərhələli həyata keçirilməlidir. Bu istiqamətdə ilk olaraq 20 min tam ştatlı müəllim vəzifəsinin təsis edilməsi də məqsədəuyğundur”.

H.Əlizadənin sözlərinə görə, dövlət məktəblərindən fərqli olaraq özəl məktəblərdə müəllimlərin dərsdən sonra fəaliyyət göstərməsi üçün kifayət qədər resurs olduğundan şagird uğurları da yüksəkdir: “Yeni modelə əsasən, müəllimlər həftəlik 30-36 saat işləyəcəklər. Bu vaxtın 18-24 saatını tədrislə məşğul olacaqlar. İş günü ilə tədris saatının vaxt fərqi 12 saat edir. Həmin müddət ərzində müəllim tədrisdən əlavə pedaqoji işlərlə məşğul ola bilərlər.

Daha bir vacib məsələ diqqətdən yayınmamalıdır: Bizdə olan məlumata görə, hazırda məktəblərin mütləq əksəriyyəti ikinövbəlidir. Bu isə o deməkdir ki, gün ərzində məktəbin bütün sinif otaqlarında dərs keçirilir. Belə olan halda “müəllimlər dərsdən sonra harada oturub işləyə bilərlər?” sualı meydana çıxır. Bütün məktəblərdə yalnız bir müəllimlər otağı var ki, müəllimlərin hamısının  orada fəaliyyətlərini səmərəli təşkil etməsi mümkün deyil.

Özəl məktəblərdə bu istiqamətdə vəziyyət daha məqsədəuyğundur. Həmin təhsil müəssisələrində müəllimlər iş saatlarında məktəbdə olur, müxtəlif pedaqoji fəaliyyətlər yerinə yetirirlər. Bu məktəblərdə müəllimlərin dərsdən sonra fəaliyyət göstərmələri üçün kifayət qədər resurslar var. Özəl məktəblərdə şagird uğurlarının yüksək olmasının səbəblərindən birini burada axtarmaq lazımdır. Dövlət məktəblərində isə şagird sıxlığı müşahidə olunur. Burada müəllimlərin dərsdən sonra fəaliyyət göstərmə imkanları məhduddur.

Nazir nitqində bu məsələyə də aydınlıq gətirib, tam ştatlı müəllimlər üçün iş şəraitinin yaxşılaşdırılması məsələsinin aktual olduğunu vurğulayıb. Təbii ki, bu məsələ artıq məktəb direktorlarının öhdəsinə düşür. Onlar məktəbdə pedaqoji işi düzgün təşkil edə bilərsə, tədricən bu problem öz həllini tapa bilər.

Ölkəmizdə təhsil sahəsində aparılan islahatların yeni mərhələsi başlayır. Bu günə qədər görülmüş işləri təhlil edəndə uğurlarla yanaşı, çatışmazlıqların da olduğunu görürük. Hesab edirəm ki, həyata keçirilən islahatların yeni mərhələsinin daha səmərəli olması üçün hər bir məktəb işçisi ciddi təhlillər aparıb yeniliklərin səmərəli həlli yollarını tapa bilərlərsə, daha böyük uğurlar əldə edə bilərik”, – deyə sədr bildirib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri