Icma.az
close
up
RU
Yeni qayda: Repetitorluq evdən məktəbə köçürülür?

Yeni qayda: Repetitorluq evdən məktəbə köçürülür?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Müəllimlərin maaşının aşağı olmasının əsas səbəblərindən biri onların həftəlik dərs saatının az olmasıdır. 

Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Təbii ki, bu qədər işləyən adamın maaşı da aşağı olur”. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib. 

Nazir qeyd edib ki, buna görə də bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır: 

“Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır. Bu model tamamilə könüllü olacaq. Heç kəs məcbur edilməyəcək. 

Rəqabətli, yüksək maaşlı, tam iş günü olan müəllim modeli formalaşdırılacaq. Həmin müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, qalan saatlarda isə digər təhsillə bağlı fəaliyyətlə məşğul olacaq – məsələlər hazırlayacaq, valideynlərlə işləyəcək, şagirdlərlə fərdi yanaşmalar quracaq və s.Bu vəzifəyə yalnız sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlər seçiləcək. 

İstəməyənlər isə yenə də sovet dövründən qalmış saatlıq sistemdə – "stavka" əsasında fəaliyyət göstərə bilər. Ancaq biz anlamalıyıq ki, bu sistemin alternativi yoxdur və “stavka” sistemi artıq özünü doğrultmur. Bu, dəyişməli və 100 illik köhnə təcrübədən qurtulmalı islahatdır". 

Qeyd edək ki, yeni formalaşdırılacaq müəllim modeli ilə bağlı ictimaiyyətin yanaşması birmənalı deyil. Hətta bəzi ekspertlərin fikrincə, çoxunun narahatlığı repititor fəaliyyətinə problem yaranma riskinə görədir. Digər qrup isə düşünür ki, müəllimlər bundan sonra repetitorluq fəaliyyətinə məktəbdə davam edəcək və bu zaman təhsil müəssisəsində dövlətin yaratdığı imkanlardan (istilik, kommunal xidmətlər, sinif otağı) istifadə edəcəklər. 

Yeni metod repetitorluğu məktəbə gətirəcəkmi və bu gün şəraiti olmayan məktəblərdə bu metod necə reallaşacaq? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, bu məsələ ilə bağlı indiyədək müxtəlif fikirlər səslənirdi və artıq həmin fikirlər tədricən aydınlaşır: 

“Elm və təhsil naziri Emin Əmrullayevin Milli Məclisin Komitə iclasındakı çıxışından aydın oldu ki, bu könüllü şəkildə olacaqmış. Kim özünü məktəbə, şagirdə fayda verməyə hazır hesab edirsə, onlar üçün əməkhaqqı saatla hesablanacaq. 

Həftə ərzində 30 saatını məktəbdə keçirən şəxs 1000 manat civarında əmək haqqı ala biləcək. Ancaq mən düşünmürəm ki, repetitorluqla məşğul olan müəllimlər buna qane olacaqlar. Çünki repetitorluqla məşğul olan müəllimlərin qazancları daha çoxdur. Yəni bu halda repetitor-müəllim seçim qarşısında qalanda, böyük ehtimalla kursu seçəcək. Bu halda iş gözləntisində olan müəllimlər üçün geniş imkanlar yaranacaq. 

Hər il 60-70 min nəfər Müəllimlərin İşə Qəbulu imtahanına ərizə verir. Hətta kifayət qədər yüksək = 90 bal yığan şəxs evinə yaxın olan məktəbdə vakansiyanı təmin edə bilmir. Yəni o qədər böyük rəqabətlilik var. Fikrimcə, o müəllimlər üçün şərait yaranacaq ki, işə qəbul olub məktəbdə şagirdlərə yanaşma metodikasını dəyişsinlər. Yəni şagirdə o biliyi, bacarığı aşılayan bir şəxs obrazında görünsünlər. 

Repetitor-müəllimlər kimi gəlib məktəbdə gününü keçirib, gedib biliyini, bacarığını kurslara sərf etməyəcəklər. Mən düşünürəm ki, bu həm də repetitorluğun qarşısını alan bir faktor olacaq. Artıq istiqamət ona doğru gedir. Müəllim öz iş saatını, vaxtını məktədə keçirəcək, dərsdən sonra metodiki işlərlə məşğul olacaq, kütləvi tədbirlərdə iştirakla bağlı və yaxud məktəbdə keçirilən hər hansı bir tədbirlə əlaqədar yeni ideyalar, təkliflər səslənəcək. Yəni müəllim gəlib orada boş oturmayacaq, məktəbin işində yaxından iştirak edəcək”. 

Ekspertin fikrincə, bəzi müəllimlərin repetitorluğu məktəbə gətirəcəyi fikri də istisna deyil: 

“Məktəb direktorları həmişəki kimi hər şeyə göz yumacaqlarsa, o halda bunun qarşısını almaq mümkün olmayacaq. Bu yeni proses başlanılıbsa, o halda heç olmasa ciddi sistem qurulsun. Yəni müəllimin məktəbin sinif otağından, imkanlarından, enerji resursundan icarə haqqı vermədən istifadə edib repetitorluqla məşğul olması üzərində bir qədər düşünmək lazımdır. 

Bu addımların atılmasında beynəlxalq təcrübə, qabaqcıl təhsili olan ölkələrin təcrübəsi öyrənilib. Onun tətqiqi ilə bağlı yəqin ki, hansısa işlər görülüb. Mən çox istərdim ki, bu, geniş təqdim olunardı, ictimai müzakirələrdə kimin mövqeyinin necə olduğu aydınlaşardı. Yəni burada ictimai rəy nəzərə alınardı. Artıq təşəbbüs başlayandan sonra ayrı-ayrı rəylər var”. 

Ekspertin sözlərinə görə, üç ildən artıqdır ki, məktəblərin optimallaşması ilə bağlı qərar verilib və iş gedir: 

“Bildirilmişdi ki, az şagirdi olan məktəblərin şagirdləri böyük, işıqlı, geniş idman zalı olan məktəblərə nəqliyyat vasitəsi ilə daşınsın. Hazırda bəzi yerlərdə bu addımlar atılıb. Məsələn, 10 şagirddən ibarət olan məktəblər bağlanıb, ancaq şagirdlərin daşınmasında problem var. 

Bu, artıq yerli icra orqanlarının işə məsuliyyətsiz yanaşmasından, qərara laqeyd münasibətindən irəli gəlir. Ancaq müəllimlərlə bağlı yeni qayda məcburi deyil. Şəraiti olmayan məktəblərdə müəllimlər əsas gətirəcəklər ki, 8 saat elə məktəbdə necə otursunlar? 

Hər halda hər kəs ilk növbədə öz sağlamlığına diqqət yetirəcək, sonrakı mərhələdə tədrislə bağlı iradını bildirəcək. Hər halda prosesləri izləyək. Yeni metodun proqram şəklində ictimaiyyətə açıqlaması olmayıb ki, geniş fikir bildirə bilək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: Repetitorluq məktəb Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri