Icma.az
close
up
RU
Müəllimlərin maaşı yeni qayda ilə veriləcək: Repetitorluq evdən məktəbə gəlir?

Müəllimlərin maaşı yeni qayda ilə veriləcək: Repetitorluq evdən məktəbə gəlir?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək”. 

Bu haqda elm və təhsil nazirinin müavini İdris İsayev deyib. O qeyd edib ki, təhsil müəssisələrinin optimallaşdırılması, müəllimlərimizin əməkhaqqı yükünün onların dərs saatlarına deyil, iş saatlarına uyğun olaraq müəyyən edilməsi kimi təkliflər, eyni zamanda repetitorlarla bağlı məsələyə də öz təsirini göstərəcək. Bu məsələni nə dərəcədə həll edə biləcəyik, indidən söyləməkdə çətinlik çəkirəm. Amma hesab edirəm ki, buna təsir edəcək məsələlərdən biridir”. 

Qeyd edək ki, hazırda məktəblərdə müəllimin maaşı dərs saatına uyğun təyin olunur. Müəllimlər isə dərs saatının bitməsini gözləyirdi ki, gedib evdə repetitorluqla məşğul olsun. 

Elm və Təhsil Nazirliyinin bu istiqamətdə yeni addımı repetitorluğun məktəbə ayaq açmasına gətirib çıxarmayacaqmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, müəllimlərin maaşının dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdirilməsi Elm və Təhsil Nazirliyinin təhsil sistemində sosial ədalətin, əmək münasibətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş mühüm və strateji addımıdır: 

“Bu qərar təkcə maliyyə mexanizmi dəyişiklikləri deyil, həm də pedaqoji əməyin dəyərləndirilməsində yeni mərhələnin başlanğıcını ifadə edir. Uzun illər ərzində müəllimlərin maaş sistemi əsasən “dərs yükü” anlayışı üzərində qurulduğundan, müəllimlərin məktəbdə keçirdiyi real iş vaxtı - yəni dərs hazırlığı, qiymətləndirmə, şagird və valideynlərlə fərdi iş, sinifdənkənar tədbirlər və metodik hazırlıq - əməkhaqqı hesablanmasında nəzərə alınmırdı. Yeni model bu ədalətsizliyi aradan qaldıraraq müəllimin əmək fəaliyyətinin bütün aspektlərini ölçmək məqsədi daşıyır. 

Rəsmi göstəricilərə görə, 2024-cü ildə ümumtəhsil məktəblərində 158 minə yaxın müəllim fəaliyyət göstərib. Onların 41 faizi 12–14 saatlıq, 37 faizi isə 10 saatdan az dərs yükü ilə işləyib. Bu vəziyyət pedaqoji potensialın yarısının tam istifadə olunmadığını göstərir. 

Hazırkı sistemdə eyni məktəbdə eyni ixtisasa malik iki müəllimdən biri 18 saat dərs dediyi üçün 950 manat, digəri 10 saat dərs dediyi üçün 550 manat maaş alır. Hər iki müəllim məktəbdə eyni məsuliyyət daşısa da, gəlir fərqi 40 faizdən çoxdur. Bu, həm motivasiyanı zəiflədir, həm də sistemdə sosial disbalans yaradır. 

“Təhsil haqqında” Qanunun 33-cü maddəsində açıq şəkildə qeyd olunur ki, pedaqoji işçilərin əməkhaqqı onların fəaliyyətinin məzmununa, keyfiyyətinə və nəticələrinə görə müəyyən edilməlidir. Yeni yanaşma məhz bu maddənin real icrasını təmin etməyə hesablanıb”. Ekspertin sözlərinə görə, bu modelin müsbət tərəfi ondan ibarətdir ki, müəllimin maaşı artıq yalnız dərs saatının sayına deyil, onun məktəbdə keçirdiyi ümumi iş vaxtına əsaslanacaq: 

“Bu, müəllimin fəaliyyətini çoxşaxəli və kompleks şəkildə dəyərləndirməyə imkan verəcək. Məsələn, müəllim gün ərzində 8 saat məktəbdə olacaq, bu müddətdə dərs deməklə yanaşı, şagirdlərlə fərdi iş aparacaq, əlavə məşğələlər, sinifdənkənar layihələr və tədris dəstəyi proqramlarında iştirak edəcək. 

Beləliklə, müəllimin əməkhaqqı sabitləşəcək, “az dərs deyən – az maaş alan” prinsipi aradan qalxacaq, peşənin sabit gəlir sistemi formalaşacaq. Elm və Təhsil Nazirliyinin bu qərarı eyni zamanda pedaqoji peşənin cəmiyyət qarşısındakı nüfuzunu yüksəldəcək. Son illərdə həyata keçirilən sertifikasiya və diaqnostik qiymətləndirmə nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı 2019-cu illə müqayisədə 65 faiz artaraq 2024-cü ildə 844 manata çatıb. Yeni mexanizmin tətbiqi ilə bu rəqəmin 2026-cı ilə qədər 1100 manata yüksələcəyi gözlənilir. Bu, yalnız maddi artım deyil, həm də dövlətin müəllim əməyinə verdiyi dəyərin göstəricisidir”. 

Ekspert deyir ki, dünya təcrübəsində bu model uğurla tətbiq olunur: 

“Finlandiyada müəllimlərin əməkhaqqı məktəbdə keçirdikləri ümumi iş vaxtına əsasən hesablanır. Burada müəllim həftəlik 37 saat işləyir, onun cəmi 20–22 saatı dərs deməyə sərf olunur, qalan vaxt isə hazırlıq və qiymətləndirməyə ayrılır. Estoniyada və Norveçdə də oxşar sistem var, müəllimlər sabit əməkhaqqı alır və fərdi məşğələlər, tədris layihələri və əlavə təlimlər bu məbləğə daxildir. 

Nəticədə həmin ölkələrdə repetitorluq fəaliyyəti minimum səviyyəyə enib, çünki müəllimlərin məktəbdə fərdi dərs keçmək üçün həm zaman, həm də motivasiya imkanları var. Azərbaycanda bu modelin tətbiqi nəticəsində bir sıra müsbət dəyişikliklər baş verəcək. Birincisi, müəllimin əmək fəaliyyəti yalnız sinifdəki 45 dəqiqə ilə deyil, bütövlükdə məktəbdəki iştirakı ilə ölçüləcək. İkincisi, dərsə hazırlıq, şagirdlərlə fərdi iş və məktəbdaxili fəaliyyətlər artıq rəsmi əmək funksiyası kimi tanınacaq. 

Üçüncüsü, müəllimlərin əlavə məşğələləri, konsultasiya və hazırlıq dərsləri artıq məktəb daxilində, nəzarətli və rəsmi formada keçiriləcək. Bu, həm repetitorluğun həcmini azaldacaq, həm də məktəbdə tədris keyfiyyətini yüksəldəcək. Bu islahatın mənfi tərəfi yalnız o halda yarana bilər ki, mexanizmin tətbiqi formal xarakter alsın və əməkhaqqı artmadan, yalnız iş saatının artırılması ilə məhdudlaşsın. 

Əgər bu model “çox işləmək – eyni maaş” prinsipi ilə həyata keçirilərsə, bu, müəllimlərdə narazılıq yarada bilər. Buna görə də Elm və Təhsil Nazirliyinin yeni sistemdə əməkhaqqı mexanizmini şəffaf və mərhələli şəkildə tənzimləməsi vacibdir. Nazirliyin açıqlamasına görə, bu model ilkin mərhələdə sertifikasiyadan keçmiş müəllimlərdə tətbiq ediləcək, onların maaş artımı real iş yükü ilə balanslaşdırılacaq. Bu, həm sınaq dövründə nəticələrin təhlilinə, həm də mexanizmin təkmilləşdirilməsinə imkan verəcək”. 

Ekspertin fikrincə, repetitorluğa təsir baxımından bu sistemin müsbət nəticə verməsi ehtimalı böyükdür: 

“Çünki müəllim artıq məktəbdə iş vaxtı çərçivəsində fərdi məşğələlər keçə biləcək, bu da “repetitorluq məktəbin içində” modeli kimi rəsmi formaya salına bilər. Türkiyədə 2019-cu ildən tətbiq olunan “Dərsdən sonra məktəbdə dəstək proqramı” (Destekleme ve Yetiştirme Kursları) nəticəsində repetitor bazarı 20 faiz azalıb. Koreyada isə oxşar sistem nəticəsində fərdi hazırlıq məktəblərinin fəaliyyəti 30 faiz daralıb. 

Azərbaycanda da eyni nəticəyə nail olmaq məktəblərdə əlavə məşğələ proqramlarının dövlət tərəfindən stimullaşdırılması ilə mümkündür. Elm və Təhsil Nazirliyi bu istiqamətdə son illərdə ardıcıl və sistemli iş aparır. Nazirliyin “Rəqəmsal müəllim”, “Fərdi inkişaf planı” və “Peşəkar müəllim” proqramları bu islahatın elmi və idarəetmə bazasını formalaşdırıb. Bu proqramlar müəllimin fəaliyyətini yalnız dərs deməklə deyil, ümumi təhsil prosesinin bütün mərhələlərində iştirakla ölçür. 

Bu, beynəlxalq səviyyədə müasir müəllim modelinə uyğun yanaşmadır. Hesab edirəm ki, müəllimlərin əməkhaqqının iş saatına əsaslanması islahatı təhsildə sosial ədaləti, pedaqoji motivasiyanı və məktəbin institusional gücünü artıracaq. Bu sistem müəllimlik peşəsini sabit gəlirli və nüfuzlu peşəyə çevirəcək, eyni zamanda repetitorluğun azaldılmasına, məktəbdə fərdi təhsilin inkişafına şərait yaradacaq. 

Elm və Təhsil Nazirliyinin bu addımı beynəlxalq təcrübəyə tam uyğun, elmi əsaslı və sosial yönümlü qərardır. Əgər bu modelin icrası mərhələli, şəffaf və maddi dəstəkli şəkildə həyata keçirilərsə, Azərbaycan təhsil sistemində həm müəllimin statusu, həm də məktəbin nüfuzu yeni səviyyəyə yüksələcək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Müəllimlər maaş Kamran Əsədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see250

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see243

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see238

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see181

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see173

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see152

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see143

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see120

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see120

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri