Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? Video
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur.
Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək.
Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinə icazə veriləcək.
Məhdudiyyət yalnız texniki məsələ ilə bağlı deyil. Mütəxəssislərin sözlərinə görə, hündürmərtəbəli binalarda hər mənzildən çıxan borular həm estetik görünüşü pozur, həm də insan həyatı üçün gizli təhlükə mənbəyinə çevrilir.
Qərarda alternativ yollar da göstərilib. Əgər ərazidə qaz yoxdursa və ya istilik bərpa olunan enerji mənbələri, məsələn, günəş panelləri vasitəsilə təmin ediləcəksə, fərdi sistemlərə icazə verilə bilər.
Digər hallarda isə əsas yük 2025-ci ildən etibarən genişlənəcək mini qazanxanaların üzərinə düşəcək. Bu da binaların vahid mərkəzdən və daha təhlükəsiz şəkildə qızdırılması deməkdir.
Yeni qaydalar həm tikinti şirkətləri, həm də mənzil alacaq vətəndaşlar üçün yeni standartlar formalaşdırır. Artıq mənzil seçərkən binanın neçə mərtəbəli olması və istilik sisteminin növü əsas şərtlərdən biri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 25 Aprel 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















