Icma.az
close
up
RU
“Yeni qida normalarının təsdiq edilməsi nəzərdə tutulur” Deputat Rövşən Muradov

“Yeni qida normalarının təsdiq edilməsi nəzərdə tutulur” Deputat Rövşən Muradov

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisdə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı millət vəkili Rövşən Muradov çıxış edərək layihənin mahiyyəti, məqsədləri, əhatə dairəsi və tətbiqi nəticələri barədə ətraflı məlumat verib.

“AzPolitika” deputatın çıxışını təqdim edir: 

"Bildiyiniz kimi, qanun layihəsinin 1-ci oxunuşda müzakirəsində hörmətli deputat həmkarlarım Qüdrət Həsənquliyev, Hicran xanım Hüseynova və Bəxtiyar Əliyev layihə ilə əlaqədar öz təklif və tövsiyyələri ilə çıxış etmişlər.

İcazənizlə deputat həmkarlarımın fikirlərinə ümumiləşdirilmiş formada komitənin münasibətini bildirərdik.

Hörmətli deputatlar!

Nəzərə alın ki, sözügedən qanun layihəsi qəbul edildikdən sonra onun icrası çərçivəsində tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları hazırlanacaqdır. Həmin müəssisələrdə gücləndirilmiş qida rasionunun tətbiq olunması fikri ilə bağlı isə bildiririk ki, yeni layihədə təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qalma müddətindən və yaşından asılı olaraq, tibb müəssisələrində isə xəstələrin yaşından və xəstəliyindən asılı olaraq yeni qida normalarının təsdiq edilməsi nəzərdə tutulur.

Qida əlavələri ilə əlaqədar isə məlumdur ki, bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulan qida məhsulu olub, rasional balanslaşdırılmış qidalanmanı əvəz etmir. Həmçinin, bu məhsulların istifadəsi şəxslərin sağlamlıq vəziyyətindən asılı olaraq, individual (yəni, fərdi) qaydada müəyyənləşdirildiyindən normalaşdırılaraq tənzimlənməsi məqsədəuyğun hesab edilməmişdir.

Eyni zamanda, nəzərə alın ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı (yəni, Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.

Həmin müddətin iki ildən bir dəfə müəyyən edilməsi, yaşayış minimumu məbləğinin həmin Qanunun 3.1-ci maddəsində göstərilmiş xərc maddələri üzrə əhatə olunması ilə bağlı məsələ isə hazırlanmış qanun layihəsinin predmeti olmadığı üçün, qeyd edilənlərə bu sahədə səlahiyyətli qurumların təklifləri əsasında baxılmasını məqsəduyğun hesab edirik.

Silahı qüvvələrin kursantlarının, hərbiçilərin və azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin qida normalarının bu siyahıya əlavə edilməsi təklifi ilə bağlı isə bildirirk ki, qeyd edilən məsələlər hazırda qüvvədə olan ayrı-ayrı qanunlar ilə tənzimlənir. Bu səbəbdən həmin şəxslərin qida normalarının yenilənməsi üçün müvafiq qanunlara bu sahədə salahiyyətli orqanların təklifləri və təşəbbüsü əsasında dəyişikliklərin edilməsini məqəsədəmüvafiq hesab edirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyun 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri