Icma.az
close
up
RU
“Bu, dövlət vəsaitlərinin düzgün xərclənməməsinə gətirib çıxarır” Deputat Rövşən Muradov

“Bu, dövlət vəsaitlərinin düzgün xərclənməməsinə gətirib çıxarır” Deputat Rövşən Muradov

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Hüquqi aktların müəyyən etdiyi tələblərə tam riayət olunmaması dövlət vəsaitlərinin ən yaxşı halda, düzgün xərclənməməsinə gətirib çıxarır. Bu da vəsaitlərin səmərəliliyinin və nəticəliyinin təmin olunmasında ən böyük maneə sayıla bilər"

"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov parlamentin bugünkü plenar iclasında Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Rövşən Muradov qeyd edib ki, Qüvvədə olan qanunvericiliyə görə, Hesablama Palatasının fəaliyyəti 4 istiqamətdən ibarətdir və 2024-cü il ərzində həm audit, həm də qeyri-audit fəaliyyəti barədə icmal-statistik məlumatlar təqdim olunmuş Hesabata daxil edilmişdir. "Auditlərin əhatə dairəsini dövlət büdcəsinin gəlir və xərc parametrləri, borclanma və kəsirin maliyyələşdirilməsi mənbələri və əksər büdcədənkənar dövlət fondları təşkil edir.

Fikrimcə, Hesablama Palatasının təqdim etdiyi hesabat məzmun baxımından geniş və əhatəlidir, kreativdir, eyni zamanda inklüziv və innovativdir, statistik və digər məlumatlarla zəngindir, həmçinin, yenilikçidir. Belə ki, Palata hesabat ilində audit və digər fəaliyyətlərində ilklərə də imza atmışdır.

Ümumiyyətlə, Palata hesabat ilində İcbari Tibbi Sığorta Fondundan başqa icmal büdcənin tərkibinə daxil olan bütün büdcədənkənar dövlət fondlarında audit aparmışdır.Əvvəla, bu əhatəliyin genişlənməsi, dövlət maliyyəsinə ümumilikdə nəzarətin təmin edilməsi istiqamətində atılan mühüm addımdır və eləcə də, beynəlxalq reytinqlərdə Hesablama Palatasının timsalında dövlətin mövqeyinin yaxşılaşdırılmasına xidmət edəcəkdir. İkinci, hesabat Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ına görə, 2024-cü ildə yerinə yetirilən tədbirlər və onların icrasının maliyyə yükü üzərindən tərtib edilmişdir. Bu isə, nəticə əsaslı büdcə modelinə nümunə kimi, dövlət maliyyəsində tam tətbiq edilmək üçün bir layihə olaraq da qəbul edilə bilər. Üçüncü, hesabatda Hesablama Palatasının fəaliyyətinin nəticələrini ehtiva edən kəmiyyət və keyfiyyət göstəricilərinin sayının artması müşahidə edilir. Belə olan halda, hesab edirəm ki, nəticə əsaslı çərçivənin nümunəsindən digər qurumlar da yararlana bilər.Dördüncü, hesabat ilində müəyyən edilmiş nöqsan və pozuntuların xarakteri ümumilikdə büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac yaradır. Bu ehtiyac isə dünyada dövlət maliyyəsinin idarə olunmasına dəyişən baxışları özündə ehtiva etməklə yanaşı, ölkəmizin də bu baxışlara uyğunlaşdırılmasını təmin etməlidir. Beşinci, hesabatdan göründüyü kimi, digər bir məsələ qüvvədə olan hüquqi aktların tələblərinin icra vəziyyəti ilə bağlıdır. Hüquqi aktların müəyyən etdiyi tələblərə tam riayət olunmaması dövlət vəsaitlərinin ən yaxşı halda, düzgün xərclənməməsinə gətirib çıxarır. Bu da vəsaitlərin səmərəliliyinin və nəticəliyinin təmin olunmasında ən böyük maneə sayıla bilər. Bu məsələ qurum rəhbərlərinin birbaşa məsuliyyət dairəsinə aid olduğu üçün, həm də dövlət maliyyəsində fəaliyyət göstərən kadr potensialı ilə də bağlıdır. Belə ki, kadr hazırlığının yüksək təşkili, göstərilən bir çox nöqsanların aradan qaldırılmasına və ya ən azı miqyasının və əhatə dairəsinin azaldılmasına gətirib çıxarar. Bu istiqamətdə də işlərin görülməsi birbaşa qurum rəhbərlərinin funksiyalarına daxildir" - deyə, R. Muradov bildirib.

Deputat çıxışının sonunda “Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabatını” dəstəklədiyini qeyd edib, deputat həmkarlarımı da Hesabata səs verməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri