Icma.az
close
up
RU
Yeni Ramanada yolun təşkili biabırçı durumdadır: Keçidin yanında “özbaşına dayanacaq” yaradılıb VİDEO

Yeni Ramanada yolun təşkili biabırçı durumdadır: Keçidin yanında “özbaşına dayanacaq” yaradılıb VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsinin Şuşa şəhərciyində yolun təşkili ilə bağlı ciddi problem müşahidə olunur.

İzləyicilərdən biri bununla əlaqədar Avtosfer.az-ın “Instagram” ünvanına foto və video göndərərək vəziyyət barədə ətraflı məlumat verib.

Şikayətçinin sözlərinə görə, ərazidə dayanacaq nişanı ümumiyyətlə yoxdur, lakin avtobuslar piyada keçidinə bir neçə addımlıq məsafədə dayanaraq sərnişin mindirib-düşürür. O bildirib ki, sürücülər özləri üçün qanunsuz “dayanacaq” müəyyən ediblər: “Avtobus sürücüsünə yaxınlaşıb soruşdum ki, bu sizin qanuni dayanacağınızdırmı? Elədirsə nişan hanı? O isə “yox, özümüz dayanırıq’” cavabını verdi”.

İzləyici qeyd edib ki, yolun birtərəfli və ya ikitərəfli olması belə dəqiq bilinmir. Avtobuslar dayanacaq kimi istifadə etdikləri zolağı tam tutduqları üçün eyni istiqamətdə hərəkət edən avtomobillər məcburən əks yola çıxırlar. Bu isə həm sürücülər, həm də piyadalar üçün ciddi təhlükə yaradır.

Şikayətçi əlavə edib ki, yolun qarşı tərəfində məktəb yerləşməsinə baxmayaraq, ərazidə “Diqqət, uşaq var” nişanı belə quraşdırılmayıb: “Avtobusun önündən keçib övladımı məktəbə aparanda eyni istiqamətdən gələn avtomobili görmədik, az qala bizi vuracaqdı. Çünki avtobus demək olar ki, piyada keçidinin üzərində dayanır və digər zolaqdan gələn maşınlar görünmür. Onlar da piyadanı görmədiyi üçün vaxtında tormozlaya bilmir.”

O, məsələ ilə bağlı DYP və AYNA-ya müraciət etdiklərini, lakin hələ də heç bir tədbir görülmədiyini vurğulayıb.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri