Icma.az
close
up
RU
Yeni reallıqlar fonunda MDB: regional sabitlik və inkişaf naminə

Yeni reallıqlar fonunda MDB: regional sabitlik və inkişaf naminə

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın təşkilata verdiyi önəmi və MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mövqeyini bölüşüb. Dövlət başçısı çıxışında xüsusilə humanitar və mədəni sahədə inteqrasiyanın artırılmasının vacibliyini vurğulayıb və MDB Oyunlarının bu kontekstdə rolunu ön plana çəkib.

Prezident İlham Əliyev ilk növbədə Tacikistana və Prezident Emoməli Rəhmonun şəxsində qardaş tacik xalqına yüksək səviyyədə təşkil olunmuş sammitə görə təşəkkür edib. Dövlət başçısı Tacikistanla Azərbaycan arasındakı münasibətləri “qardaşlıq və dostluğa əsaslanan səmimi tərəfdaşlıq” kimi səciyyələndirib və bu münasibətlərin regionda sabitlik və qarşılıqlı etimada mühüm töhfə verdiyini qeyd edib.
Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə də məlumat verib. Ölkə başçısı Laçın şəhərinin 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan olunmasının Azərbaycanın mədəni irsinin tanıdılması və beynəlxalq inteqrasiyasının gücləndirilməsi baxımından əlamətdar hadisə olduğunu bildirib. Laçının mədəniyyət paytaxtı statusu çərçivəsində bir sıra beynəlxalq tədbirlərin təşkil olunacağı gözlənilir ki, bu da Azərbaycanla MDB ölkələri arasında mədəni körpülərin qurulmasına şərait yaradacaq.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsini bu yaxınlarda Azərbaycanda uğurla keçirilmiş III MDB Oyunları təşkil edib. Oyunlar Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Şəki və azad olunmuş Xankəndi şəhərində baş tutub. Bu yarışlara MDB məkanından 1 600-dən artıq idmançı qatılıb və bu, yalnız idman yarışı deyil, həm də gənclər arasında dostluğun və birliyin təntənəsinə çevrilib.
Dövlətimizin başçısı qeyd edib ki, MDB Oyunları dövlətlər arasında münasibətləri möhkəmləndirməklə yanaşı, gənc nəslin sağlam ruhda yetişməsinə, onların bir-birini tanımasına və ortaq dəyərlər ətrafında birləşməsinə şərait yaradır. Xüsusilə, azad edilmiş ərazilərdə — Xankəndidə idman yarışlarının keçirilməsi həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın sülh, inkişaf və əməkdaşlıq yönümlü mesajının idman vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılmasının nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında MDB məkanında humanitar əlaqələrin, təhsil, mədəniyyət, idman və gənclər siyasəti sahələrində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, bu istiqamətdə görülən işləri alqışlayaraq gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinin mümkünlüyünü ifadə edib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan MDB çərçivəsində həyata keçirilən ortaq təşəbbüslərə daim açıqdır və qarşılıqlı hörmət, bərabərlik və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin dərinləşdirilməsində maraqlıdır.
Prezident İlham Əliyevin Düşənbədəki çıxışı bir daha göstərdi ki, Azərbaycan MDB çərçivəsində sadəcə iqtisadi və siyasi deyil, eyni zamanda humanitar əməkdaşlığa da böyük önəm verir. MDB Oyunlarının uğurlu təşkili, Laçının mədəniyyət paytaxtı elan olunması və bu sahədə görülən digər tədbirlər Azərbaycanın bu istiqamətdə atdığı addımların davamlı və məqsədyönlü olduğunu sübut edir. Bu çıxış MDB daxilində yumşaq güc amilinin, mədəniyyət və idmanın birləşdirici vasitə kimi necə effektiv şəkildə istifadə oluna biləcəyini nümayiş etdirdi.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri