Icma.az
close
up
RU
Sülh, sabitlik və inkişaf naminə həmrəyliyin təcəssümü

Sülh, sabitlik və inkişaf naminə həmrəyliyin təcəssümü

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Pakistan arasında əlaqələrin yüksək səviyyəsi və mükəmməl ikitərəfli münasibətlər beynəlxalq əməkdaşlığın parlaq nümunəsidir. Hər iki ölkə müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji, təhsil və müdafiə sahələrində sıx əməkdaşlıq edir. Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyirlər. Bu dəstək Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda özünü göstərir. Hər iki ölkə regional sabitliyi və təhlükəsizliyi qorumağa çalışır, eyni zamanda, qlobal sülhün təmin edilməsinə töhfə verir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşlərinin baş tutması bu strateji tərəfdaşlığı daha da möhkəmləndirmək məqsədi daşıyır.

Xüsusilə, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, ekologiya və mədəniyyət sahələrində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfər zamanı müzakirə olunan mövzular və imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinə təkan verəcək. Bu səfər Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafında mühüm addım kimi dəyərləndirilə bilər. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da mühüm əhəmiyyətə malikdir. Azərbaycan beynəlxalq nəqliyyat və tranzitdə mühüm mövqeyə sahibdir. Pakistanla əməkdaşlıq, xüsusilə Xəzər dənizi və Orta Asiya ilə əlaqələrin gücləndirilməsi, beynəlxalq logistika marşrutlarının diversifikasiyasına və ticarətin asanlaşdırılmasına kömək edə bilər. Bu sahədəki əməkdaşlıq hər iki ölkənin regional iqtisadi inteqrasiyasına əhəmiyyətli təsir göstərə bilər.
Həmçinin, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir. Hər iki ölkə regional təhlükəsizlik məsələləri və müasir təhlükələrə qarşı mübarizədə daha sıx əməkdaşlıq edə bilər. Azərbaycanın və Pakistanın hərbi potensialı regional sabitliyin qorunmasına töhfə verər. Beləcə də Azərbaycanla Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri tarixən möhkəm təməllər üzərində qurulub. Bu əlaqələr hər iki ölkənin milli maraqlarına uyğun şəkildə inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata verdiyi bəyanatlarda da bu məsələlər yer alıb. Dövlətimizin başçısı qeyd edib: “Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib. Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik...”.
Pakistan Azərbaycan arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xalqlar arasında daha sıx əlaqələrin qurulmasına imkan yaradır. Təhsil, elm və texnologiya sahələrində təcrübə mübadiləsi, elmi-tədqiqat layihələri və tələbə proqramları iki ölkə arasında bilik və innovasiya axınını təşviq edir. Bu istiqamətdə atılan addımlar, gələcək nəsillərin dostluq və əməkdaşlıq ruhunda böyüməsinə zəmin yaradır və əlaqələrin davamlı olmasını təmin edir.

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri