Icma.az
close
up
RU
Yeni reallıqlar kontekstində enerji ixracının coğrafiyası genişlənir

Yeni reallıqlar kontekstində enerji ixracının coğrafiyası genişlənir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkəmizin paytaxtı Bakı şəhəri artıq beynəlxalq enerji dialoqu üçün mühüm platformaya çevrilib. Aprelin 4-də Bakıda, “"Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. İclasa Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Bu tədbirlər enerji təhlükəsizliyi, regional əməkdaşlıq və yaşıl keçid istiqamətində mühüm çağırışlar fonunda təşkil olunaraq, strateji əhəmiyyət daşıyan müzakirələrə və gələcək addımların müəyyənləşdirilməsinə yol açır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Dövlət başçısının həmin tədbirdə çıxışı qeyd edib: “Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir.”
Prezident İlham Əliyevin çıxışında bu layihənin uğurlu olmasının əsasında iki məqsədin dayandığını qeyd edib: “Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür".
Müzakirələrdə Cənub Qaz Dəhlizinin iştirakçı ölkələri, beynəlxalq maliyyə institutları və enerji şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi prioritet kimi vurğulanıb. Dəhlizin üç əsas komponenti – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hazırda tam gücü ilə işləyir. Lakin sürətlə dəyişən qlobal enerji bazarı və artan tələbat fonunda bu infrastrukturun genişləndirilməsi vacib məsələ kimi qarşıya qoyulub. Azərbaycanın son bir il ərzində təbii qazını əlavə 5 ölkəyə ixrac etməsi və bu sayın 12-yə çatdırılması, o cümlədən 10 Avropa ölkəsinin bu siyahıya daxil olması qaz təchizatının coğrafiyasının davamlı şəkildə genişləndiyini göstərir. “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”, - deyə dövlət başçısı bildirib.
Toplantı çərçivəsində yaşıl kabel layihəsi də müzakirə edildi. Qeyd olundu ki, Avropaya uzanacaq bu layihənin texniki əsaslandırma işləri tamamlanmaq üzrədir. Layihə reallaşarsa, Azərbaycanın bərpaolunan enerji resurslarının ixracı üçün yeni bir mərhələ başlayacaq.
Toplantıda enerji layihələrinin maliyyələşdirilməsinə dair bəzi beynəlxalq maliyyə institutlarının mövqeyi ilə bağlı xüsusi vurğulanan məsələ də müzakirə edildi. Azərbaycan Prezidenti onların faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq siyasətinin yenidən nəzərdən keçirilməsini təklif edib. Bu siyasət geosiyasi dəyişikliklər kontekstində istehsal, nəql və çatdırılma sahəsində müəyyən problemlərə yol aça bilər.
Tədbir iştirakçıları Azərbaycanın yaşıl enerji sektorunda atdığı addımları, bərpaolunan mənbələrə yönəlik sərmayələri və bu sahədə beynəlxalq əməkdaşlığı yüksək dəyərləndirib. Ölkəmizdə 2030-cu ilə qədər 6.5 giqavatlıq yaşıl enerji istehsalı potensialının yaradılması hədəfi qoyulub. Günəş və külək enerjisi sahəsində artıq bir sıra investisiya müqavilələri imzalanıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialı fəal şəkildə reallaşdırılır və bu istiqamətdə artıq 270 meqavatlıq güc istifadəyə verilib. Yaşıl enerji sahəsində atılan addımlar, Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də bərpa olunan enerji sahəsində inkişafa öncülük edən bir ölkə kimi tanıdır.
Göründüyü kimi, istər təbii qazla bağlı infrastrukturun genişləndirilməsi, istərsə də yaşıl enerji sektorunda sərmayə layihələri ölkənin enerji siyasətinin çevik və strateji şəkildə formalaşdırıldığını göstərir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir daha təsdiqlədi ki, Azərbaycan enerji sahəsində regional lider rolunu qoruyur və daha geniş beynəlxalq əməkdaşlığa açıqdır.

Gündüz Bayramov
YAP Samux rayon təşkiatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri