Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Yeni reallıqlar yaradan ölkə: “Azərbaycanın iştirak etmədiyi heç bir layihə...”

Yeni reallıqlar yaradan ölkə: “Azərbaycanın iştirak etmədiyi heç bir layihə...”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”.

Bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib.

Dövlətimizin başçısı qeyd edib:

“Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində. Biz şanlı Zəfərimizi, Zəfər yürüşümüzü iki mərhələyə bölərək həm də cavanlarımızı qoruduq. Çünki əgər 2020-ci il noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdıq”.

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ağdərə sakinləri ilə görüşdə dedikləri tam olaraq həqiqəti əks etdirir:

“Biz təkcə son 80 ildə deyil, əslində xalq olaraq son 200 ildən artıq müddət ərzində ilk dəfə idi ki, torpaq vermədik, əksinə, torpaq aldıq. Digər ölkələr və xalqlarla müqayisədə isə sözün həqiqi mənasında müqayisəyəgəlməz dərəcədə böyük bir uğura imza atdıq. Müharibələr tarixində nadir hallarda rast gəlinən möhtəşəm bir zəfər qazandıq. Biz torpaqlarımızı öz gücümüz hesabına işğaldan azad etdik, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik.

Üstəlik, bunu elə şərtlər daxilində həyata keçirdik ki, faktiki olaraq 30 ilə yaxın bir müddətdə torpaqlarımız işğal altında olmuşdu. Bu müddət ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar və güc mərkəzləri Azərbaycandan mövcud reallıqla barışmağı, işğal altındakı əraziləri Ermənistanın xeyrinə rəsmiləşdirməyi tələb edirdilər. Müxtəlif vasitələrlə ölkəmizə təzyiqlər göstərilirdi.

Bütün bu təzyiqlərə baxmayaraq, biz həmin güclərin hamısını qarşımıza alaraq, xalq-millət-dövlət olaraq siyasi iradəmizi ortaya qoyduq və illər boyu israrla bəyan etdik ki, torpaqlarımızın işğalı faktı ilə heç vaxt barışmayacağıq. Bu mövqeyimizi təkcə sözlə deyil, əməli şəkildə də sübut etdik. Biz bunu 44 gün ərzində etdik.

Daha sonra isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində cəmi bir gün davam edən antiterror əməliyyatı ilə suverenliyimizi və ərazi bütövlüyümüzü tam şəkildə bərpa etdik. Mən hər zaman qeyd edirəm ki, biz bununla təkcə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmədik. Eyni zamanda, son dərəcə mühüm və tarixi bir presedent yaratdıq. Biz dünyada analoqu olmayan bir Azərbaycan nümunəsi formalaşdırdıq. Bu məsələ ilə bağlı beynəlxalq praktikada bu miqyasda və bu şərtlər daxilində həyata keçirilmiş başqa bir nümunə yoxdur”.

Deputat qeyd edib ki, məhz terrorçuluqdan və separatçılıqdan qurtuluşun, bu təhlükələrdən xilas olmağın Azərbaycan modelini ortaya qoyduq:

“Müharibə zamanı nümayiş etdirdiyimiz hərbi performans son illər ərzində hətta böyük güc dövlətlərinin belə göstərə bilmədiyi bir səviyyə idi. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində hərbi sahədə ortaya qoyduğumuz bu performans böyük dövlətlərin hərb tarixinə və hərbi dərsliklərinə salındı. Beşinci nəsil silahlardan, xüsusilə pilotsuz uçuş aparatlarından və digər müasir silah sistemlərindən yeni taktiki və strateji üslubda istifadə etməklə biz müharibə anlayışında tamamilə yeni bir mərhələnin əsasını qoyduq.

Bütövlükdə, cənab Prezidentin də qeyd etdiyi kimi, son bir neçə onillik ərzində heç bir xalqın və heç bir dövlətin edə bilmədiyini biz öz gücümüz hesabına həyata keçirdik. Məhz buna görə də qürurluyuq. Biz ona görə qürurluyuq ki, Azərbaycan xalqı olaraq bu gün başımız dikdir. Üzərimizə atılan o ləkəni tam şəkildə sildik. Bu gün dünya miqyasında Azərbaycan qalib dövlət, azərbaycanlılar qalib millət kimi tanınır. Bizə olan yanaşma köklü şəkildə dəyişib.

Bunu ölkə daxilində bəlkə də tam şəkildə hiss etmirik, lakin xaricdə yaşayan bacı-qardaşlarımız, soydaşlarımız, eləcə də səfərlərə gedərkən özümüz bunu əyani surətdə görürük. Bizə qarşı münasibət əsaslı şəkildə dəyişib. Bu gün Azərbaycana və azərbaycanlılara böyük hörmətlə yanaşırlar. Bütün bunlar əldə etdiyimiz tarixi nailiyyətlərin nəticəsidir”.

Deputat əlavə edib ki, biz regionda mövcud reallıqları tam şəkildə dəyişdik və zamanında Azərbaycana “reallıqlarla barışın”, torpaqları Ermənistanın xeyrinə rəsmiləşdirin deyə təzyiq göstərən qüvvələr bu gün artıq Azərbaycanın yaratdığı reallıqlarla barışmaq məcburiyyətindədirlər:

“Bu gün açıq şəkildə qəbul olunur ki, regionun əsas dövləti, söz və güc sahibi, siyasi, iqtisadi və hərbi baxımdan lider ölkə Azərbaycandır. Artıq formalaşmış bir reallıq var. Azərbaycanın iştirak etmədiyi heç bir regional layihə bu coğrafiyada reallaşa bilməz. Məhz buna görə də dünya miqyasında hegemon güc hesab olunan ABŞ və Böyük Britaniya, eləcə də Çin, Avropa ölkələri və digər aparıcı dövlətlər Azərbaycanla münasibətlərin müsbət məcrada qurulmasına xüsusi önəm verirlər.

Onlar regionda gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələri — istər kommunikasiya qovşaqları, istər nəqliyyat-logistika xətləri, istərsə də digər strateji istiqamətlər üzrə Azərbaycanla uzlaşdırmaq xəttini əsas götürürlər. Bütövlükdə, əldə olunan bu uğur, təbii ki, hər birimizin uğurudur. Daha geniş mənada isə bu, güclü və müstəqil Azərbaycan dövlətinin tarixi nailiyyətidir”.

O vurğulayıb ki, bu uğurun öz meyarları var:

“Əvvəla, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun, onlara can sağlığı versin. Allah Ordumuzu daim var etsin. Bütövlükdə bu qələbənin əsas meyarlarından biri də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Onun son illər ərzində həyata keçirdiyi uğurlu və balanslı xarici siyasət, dövlətlərarası münasibətlərdə əldə etdiyi mühüm nailiyyətlər, eləcə də Azərbaycan iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar bu zəfərin əsas sütunlarını təşkil edib.

Eyni zamanda, ölkənin müdafiə qabiliyyətinin artırılması, Ordumuzun müasir silahlarla təchiz olunması, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyətinin bu müasir silahlardan peşəkar şəkildə istifadə bacarıqlarına yiyələnməsi olduqca böyük zəhmət və ciddi maliyyə resursları tələb edən bir proses idi. Ali Baş Komandan olaraq cənab İlham Əliyev bu məsuliyyətli və strateji vəzifənin öhdəsindən yüksək peşəkarlıqla və böyük uğurla gəldi.

Məhz bu gün bu qələbə haqqında danışmaq və reallıqları olduğu kimi ifadə etmək hüququ hər kəsdən çox ona məxsusdur. Reallıqları gizlətmədən və olduğu kimi demək lazımdır. Mən inanıram ki, bu uğurlar davamlı olacaq və Azərbaycan regionun əsas aparıcı dövləti kimi həm üzərinə götürdüyü tarixi missiyanı, yəni dayanıqlı sülhün və sabitliyin təmin olunmasını uğurla yerinə yetirəcək, həm də inkişafını yeni nailiyyətlərlə davam etdirəcək. Mahiyyət etibarilə Azərbaycan vətəndaşı bütün bu uğurlardan tam mənası ilə faydalanmış olacaq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see195

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see155

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri