Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Azərbaycanın yaratdığı yeni reallıqlar

Azərbaycanın yaratdığı yeni reallıqlar

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Aprelin 9-da ADA Universitetində ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin söylədiyi fikirlər çoxşaxəli idi. Aydındır ki, yeni dünya nizamının formalaşması bir çox gərginliklər və hətta silahlı münaqişələr doğurur. Bu baxımdan Azərbaycanın qlobal sülhə töhfə verən ölkə kimi çıxış etməsi əlbəttə ki, beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. Eyni zamanda da bu gün dünya Avropa və Asiyanın qovuşduğu məkanda, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşən ölkəmizin qlobal miqyasda rolunu anlamağın və nəzərə almağın vacibliyini getdikcə daha aydın başa düşür.

Artıq tarixi Zəfərimizdən sonra belə forumların və konfransların keçirilməsi ənənə halını alıb. Bu mühüm addım ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu, yürütdüyü siyasətin uğurlarını təqdim edir. Azərbaycan hər zaman sabitlik məkanı kimi dəyərləndirilir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu beynəlxalq konfranslara, forumlara verilən önəm tədbirlərə qatılan iştirakçıların ildən-ilə artan say tərkibindən də aydın görünür. Yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan, həmçinin innovasiyalar ölkəsi kimi diqqətdədir. Hazırda dünya ölkəmizin işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda zəngin şəhərsalma təcrübəsinin şahidinə çevrilir.
Forum iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər etdilər, münaqişənin tarixi, Azərbaycanın bugünkü reallığı, beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünü və suverenliyini, eləcə də bərpa-quruculuq işlərini öz gücü ilə təmin etməsinə dair uğurlu təcrübə ilə tanış oldular. Daha sonra regionda yaranan yeni reallıqlar fonunda dünyanın ən təcrübəli liderlərindən biri kimi dövlətimizin başçısına müxtəlif suallar ünvanlandı. Cavablar tam dolğun, faktlara söykənmiş idi. Eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün aparıcı beyin mərkəzlərinin ekspertlərinin diqqətinə çatdırılması vacib məqam idi. Həmçinin Cənubi Qafqazda yeni eranın başlanması, yeni reallıqların hər kəs tərəfindən qəbul edilməsi ilə bağlı fikirlər səsləndirildi. Forumda istər ölkəmizdə idarəçiliyin formalaşması, istər işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası, eyni zamanda Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, irəli sürülən təkliflər, region ölkələri ilə münasibətlər və qlobal məsələlərlə bağlı müzakirələr də aparıldı. “Cənubi Qafqazda əməkdaşlıq Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasından asılıdır. Yalnız belə olan halda Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq”, - deyən dövlətimizin başçısı qeyd etdi ki, təbii olaraq bu proses silahlanma fonunda baş verə bilməz. Azərbaycan Prezidenti bu kontekstdə diqqəti Ermənistanın silahlanmasına yönəltdi. Rəsmi Bakı açıq şəkildə xəbərdarlıq etdi ki, Ermənistanın ölümcül silahlarla silahlanması regionda sülhə və sabitliyə yox, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir. Bu reallıqlar fonunda Azərbaycan yeni siyasi qarşıdurma təhlükəsi görür.
Azərbaycan-ABŞ münasibətləri forum iştirakçılarını maraqlandıran mövzulardan biri idi. Bu suala cavab olaraq Azərbaycan Prezidenti Bayden-Blinken Administrasiyasının qərəzli mövqeyini bir daha xatırlatdı. D.Tramp hakimiyyətə gələndən sonra ABŞ siyasətində anti-Azərbaycan trendinin dayandırılması müsbət haldır və tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Yəni, cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan Tramp administrasiyası ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir.
Ümumiyyətlə, dövlətimizin başçısının iştirakı ilə keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir bütün sahələrdə mövcud imkanlarımızın təqdimatında, günün aktual məsələləri ətrafında mövqenin nümayiş olunmasında, bir sözlə, Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsində zəngin mənbədir. Türk dünyasının birliyinin prioritetliyi məsələsinə bir daha diqqət yönəldildi. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasına Azərbaycanın töhfələri təqdir olundu. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri kimi Prezident İlham Əliyevin son zamanlar fəxri qonaq qismində dəvət olunduğu tədbirlərin böyük çoxluq təşkil etdiyi bildirildi. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda böyük dəyişikliklərə, dünya siyasətində yeniliklərə yol açır.

Anar Məmmədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri