Yeni rüsumlara qarşı çıxış yolu: Apple elə bir addım atdı ki…
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Apple” ABŞ-a yeni rüsumlardan əvvəl Hindistandan beş yük təyyarəsi dolusu “iPhone” və digər texnika göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Apple” şirkəti ABŞ-da Prezident Donald Trampın aprel ayında qüvvəyə minəcək yeni gömrük rüsumlarından əvvəl mümkün zərərlərin qarşısını almaq üçün bu addımı atıb.
Şirkət mart ayında həmçinin Çindəki zavodlardan məhsul tədarükünü də sürətləndirib.
“Apple” bununla məhsullarına qiymət artımı etmədən ABŞ-da satışları davam etdirmək məqsədi güdür. Nəşr yazır ki, şirkətin ABŞ-da anbarlarında olan məhsul ehtiyatları bir neçə ay üçün kifayət edə bilər.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:131
Bu xəbər 07 Aprel 2025 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















