YENİ SƏDR KEÇMİŞ SƏDRİN QIZINI DA VƏZİFƏDƏN UZAQLAŞDIRDI AHİKdə daha bir dəyişiklik
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri Səttar Möhbalıyevin qızı Lalə Möhbalıyeva da AHİK-dəki vəzifəsindən xaric edilib.
Mia.az Pravda.az-a istinadən xəbər verir ki, o, müvafiq əmrlə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi vəzifəsindən azad olunub.
Xatırladaq ki, 2024-cü ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib.
Daha sonra S.Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.
Bundan başqa, AHİK-in 11 avtomobili keçmiş sədrin qohumlarından geri alınıb.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 13 Noyabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















