Icma.az
close
up
RU
Yeni strategiya hazırlandı Vergi sistemində nələr dəyişəcək?

Yeni strategiya hazırlandı Vergi sistemində nələr dəyişəcək?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 2025-2028-ci illər üzrə Strategiyası hazırlanıb. Xidmətin rəisi Orxan Nəzərli mətbuata bildirib ki, strategiya dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənir. Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir.

Strategiya əsasən hansı məqamları əhatə etməlidir? Növbəti illər üçün vergi sistemində nələr dəyişməlidir? Bu suallarla mütəxəssislərə müraciət etdik.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Vergi münasibətlərinə könüllü əməletmə

Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, DVX tərəfindən əsas istiqamətlər kimi müəyyən edilən güclü insan kapitalının formalaşdırılması, vergi hesablama və ödəmələrinə könüllü əməletmənin təbliği, vergidən yayınmaya qarşı mübarizə və dayanıqlı inkişafı təmin etmək üçün hazırda bütün imkanlar səfərbər edilib: "Xüsusilə, vergi münasibətlərinə könüllü əməletmənin səviyyəsinin artırılması daha mühüm hesab edilməlidir. Vergi ödəyiciləri tərəfindən könüllü əməletmə dedikdə, vergilərin vaxtında hesablanması və ödənilməsi, vergi bəyannamələrinin vaxtında göndərilməsi və ümumiyyətlə könüllü olaraq vergilərin düzgün hesablanması başa düşülə bilər. Lakin ən vacib olanı vergilərin riyazi olaraq düzgün hesablanması deyil, hesablamaların söykəndiyi məlumatların reallığı necə əks etdirməsidir. Başqa cür desək, könüllü əməletmə - sahibkarın fəaliyyətində baş verən bütün təsərrüfat əməliyyatlarının özü tərəfindən könüllü olaraq rəsmi qeydiyyatını aparmaqla, gəlir və xərc dövriyyələrinə aid olan bütün əməliyyatları qanunla müəyyən olunan elektron sənəd formalarında könüllü şəkildə düzgün, həqiqətə tam uyğun rəsmiləşdirməklə həyata keçirməsidir. Məqsəd şəffaflığa ən yüksək səviyyədə çatmaqdır. Strategiyada nəzərdə tutulan hədəflər könüllü əməletməyə mühitin, şəraitin yaradılmasına imkan verəcək. Tam elektronlaşma və vergi kargüzarlığında ən yeni texnologiyaların, rəqəmsallaşmaların tətbiqi vergi münasibətlərində əlçatanlığı yüksək səviyyədə təmin edəcək".

Emosional vəziyyəti yaradan incə məqamlar

Auditor bildirir ki, sahibkarlarla vergi orqanları arasındakı münasibətlərin normallaşdırılması prosesində emosional vəziyyəti yaradan incə məqamlar var: "Məsələn, vergi orqanı tərəfindən bu quruma təqdim edilən bütün hesabatların, məlumatların maksimum düzgün emal edilməsi, vergi ödəyicisinin sorğularının daha sürətli cavablandırılması, vergi orqanının üzərinə düşən müddət öhdəliklərinin qısaldılması, vergi hesablamalarında aşkar edilən uyğunsuzluqlarla bağlı sorğuların asanlaşdırılması və mükəmməlləşdirilməsi kimi məsələlər vergi ödəyicilərinin fəaliyyətinə və DVX-sahibkar münasibətlərinə adekvat olmalıdır. Hesab edirəm ki, güclü insan kapitalının formalaşdırılması istiqaməti olan strategiya çərçivəsində bacarıqlı, bilikli, dinamik, müasir çağırışlara uyğunlaşa bilən və iqtisadiyyatın spesifik sektorları üçün ixtisaslaşmış vergi əməkdaşlarının əməyi ilə vurğuladığım məqamların həll olunması mümkündür".

Hansı texniki xidmətlərə ehtiyac var?

Mütəxəssisin sözlərinə görə, vergilərlə bağlı iş yükü nə qədər az olsa, həmçinin sadələşdirilsə, belə vəziyyət vergi ödəyicilərinin vergi münasibətlərindəki fəallığını artırar: "Xüsusilə KOB-lar üçün daha əlverişli vergi rejimi yaradılması, aşağı gəlirli vətəndaşlar üçün isə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması vacibdir. Texniki istiqamətdə vergi orqanı tərəfindən vergi bəyannamələrindəki məlumatların düzgünlüyünün yoxlanılmasının keyfiyyətinin və dürüstlüyünün artırılması, uyğunsuzluq məqamlarının dürüstləşdirilməsi, kağız daşıyıcısında sənədləşdirmə yükünün və tələbinin sıfıra endirilməsi, rəqəmsal nəzarətin artırılması, vergi bəyannamələrinin, hesabatların və ödənişlərin tam avtomatlaşdırılması, sürətləndirilməsi, beynəlxalq və yerli e-ticarət əməliyyatlarına nəzarət edən xüsusi vergi nəzarət sistemlərinin yaradılmasına da ciddi ehtiyac var".

Vergi Məcəlləsi başadüşülən olmalıdır

Vergi üzrə ekspert Mahmud Abasquliyev deyir ki, Vergi Məcəlləsinin daha da asan, başadüşülən olması, investorların cəlbi və vahid elektron portalın daha da təkmilləşdirilməsi vacibdir: "2025-2028-ci illəri əhatə edən vergi strategiyasının əsas prinsipi güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişafın hədəflənməsindən ibarətdir. Bunun üçün Vergi Məcəlləsinin daha da asan, başadüşülən olması, investorların cəlbi və vahid elektron portalın daha da təkmilləşdirilməsi vacibdir. Artıq vergi ödəyiciləri üçün bütün əməliyyatların vahid platforma üzərindən aparılması təmin edilir və bu platformanın təkmilləşdirilməsi istiqamətində işlər gedir. Bu gediş gələcəkdə bizə hətta yoxlamaların elektron audit üzərindən uzaqdan idarə edilməsinə kömək edəcək. İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi siyasətinin tənzimləyici rolu davam etdiriləcək, "kölgə iqtisadiyyatı" ilə sistemli mübarizənin aparılması yenə də əsas prioritet olacaq. Vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilməsi, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə hədəflərin həyata keçirilməsi əsas istiqamətlərdir".

Strategiyanın əsas hədəfi...

M.Abasquliyev bildirir ki, əsas hədəf ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət etməkdir ki, strategiya üzrə bu işlər aparılır: "Vergi xidmətinin insan resursları müvafiq rəqəmsal alətlərə malik olmalıdır ki, vergi ödəyicilərinin fəaliyyətini nəzarətdə saxlamaq, vergidənyayınma hallarının qarşısını almaq mümkün olsun. Bu baxımdan vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılacaq. Əsas hədəf ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət etməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri