Icma.az
close
up
RU
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq

Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) başlıca hədəfi ədalətli, şəffaf və dayanıqlı vergi sisteminin formalaşdırılmasıdır".

Mia.az xəbər verir ki, bunu DVX-nin rəisi Orxan Nəzərli "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildib.

Onun sözlərinə görə, keçən ilin sonunda Dövlət Vergi Xidmətinin strukturunda əhəmiyyətli dəyişikliklər həyata keçirilib və bir sıra yeni qurumlar təsis edilib: "​Strateji Planlaşdırma və Təşkilati Risklərin İdarə Olunması Baş İdarəsi, Daxili Audit Baş İdarəsi, ​Data Analitika İdarəsi "Big Data", süni intellekt və müasir analitika artıq vergi administrasiyalarının gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib.

​Bu yeni istiqamətlər fəaliyyətin daha şəffaf, effektiv və nəticəyönümlü şəkildə qurulması məqsədilə formalaşdırılıb. Data analitika vasitəsilə risk modellərinin tətbiqini genişləndirəcək və vergidən yayınmanın müəyyən olunmasında proaktiv rolu gücləndirəcəyik".

O. Nəzərli vurğulayıb ki, əsas hədəf davamlı inkişafı dəstəkləyən rəqəmsal ekosistemin yaradılmasıdır.

Onun fikrincə, qarşıya qoyulan məqsəd təkcə rəqəmsallaşma deyil, ağıllı qərar qəbuletmə mexanizmini təmin edən, məlumatlara söykənən və davamlı tərəqqini stimullaşdıran rəqəmsal ekosistemin qurulmasıdır: "​İstifadəçi yönümlü sistemlər, risklərin erkən müəyyənləşdirilməsi və rəqəmsal həllərin siyasət formalaşdırılmasına verdiyi dəstək bu ekosistemin əsas komponentlərini təşkil edir. Məhz bu yanaşma idarəetmədə çevikliyi, operativliyi və nəticəyönümlülüyü gücləndirir. ​Təsadüfi deyil ki, cari ildə ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısı bu yaxınlarda keçirilən "Azərbaycanın Yeni Rəqəmsal Arxitekturası" adlı vahid fəaliyyət planına həsr edilmiş müşavirədə rəqəmsal inkişafın, süni intellektin tətbiqinin və data mərkəzlərinin yaradılmasının artıq qlobal tərəqqinin aparıcı meyllərindən birinə çevrildiyini vurğulayıb, bu istiqamətin ölkəmizin uzunmüddətli inkişaf strategiyasında prioritet mövqe tutduğunu qeyd edib".

​Eyni zamanda, O. Nəzərlinin sözlərinə görə, dövlət qurumlarında rəqəmsallaşmanın dərinləşdirilməsi, süni intellekt və kibertəhlükəsizlik sahələrinə xüsusi önəm verilməsi, xidmətlərin vahid platformalar vasitəsilə təqdim olunması kimi məsələlər strateji vəzifə olaraq təyin edilib.

"Vergi inzibatçılığı da bu böyük transformasiya prosesinin ayrılmaz bir hissəsidir. Gələcəyin vergi sistemi artıq yalnız retrospektiv yanaşma ilə kifayətlənmir. Bu gün əsas sual "nə baş verib" deyil, "nə baş verəcək"dir. Real vaxt rejimində data analitikası, risk əsaslı nəzarət modelləri, məlumatların idarə olunması çərçivəsi, süni intellekt və maşın öyrənməsi qərarların intuisiyaya deyil, faktlara söykənərək verilməsini mümkün edir. ​Bu yanaşma həm dövlət, həm də vergi ödəyiciləri üçün daha proqnozlaşdırıla bilən, şəffaf və ədalətli mühitin yaranmasına şərait yaradır", - DVX-nin rəisi bildirib/Report.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Mart 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri