Icma.az
close
up
RU
Yeni strategiyaya ithaf: Şəffaflıq və sinxron (TƏHLİL)

Yeni strategiyaya ithaf: Şəffaflıq və sinxron (TƏHLİL)

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünənin gündəmi AFFA-nın açıqladığı Yeni İnkişaf Strategiyası oldu. Çoxdan gözlənən, sıx müzakirə edilən layihə, nəhayət, ictimailəşdirildi.

Mövzunu daim gündəmdə saxlayan “FutbolPress” layihə barədə müzakirələrdə də aktiv olacaq. Hər detal barədə təhlilləri qarşıdakı günlərdə izləyə bilərsiniz.

Əvvəlcə layihənin ilkin təqdimat formasına baxaq. AFFA-nın rəsmi saytında dərc olunan materialın əvvəlində e-mail ünvan yerləşdirilib. İctimaiyyətə müzakirələrdə iştirak etmək və təkliflərini bildirməkçün xüsusi keçid/link qeyd edilib.

Bu, AFFA tarixində ilk belə haldır. Qurum indiyədək ictimai fikrə açıq deyildi, hətta mətbuatdakı qeydlərə də. Məsələnin pozitiv startı ümid verir. Lakin tarixin yaratdığı bir “travma” var: görəsən, AFFA bundan sonra açıqlıq prinsipinə sadiq qalacaq?

Belə olarsa, layihənin ilkin faydalarını çox yaxında görə bilərik.

Bəs layihədə nələr qeyd olunub?

Əvvəlcə 70 prezentasiya səhifəsindən ibarət materialla tanış olmağınızı istərdik. Bunun üçün AFFA-nln saytına müvafiq keçid yerləşdiririk.

Layihə ilə tanış olanlarçün qeydlərimiz daha başadüşülən/anlaşılan olacaq.

Beləliklə, strategiyanın açıqlanan 5 əsas hədəfi bunlardır:

1. Kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan
ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu
strategiyanın uzunmüddətli hədəflərindəndir

2. UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-
yə daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub

3. Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı
futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının
yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması

4. Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların
Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün
rəqabətqabiliyyətliliyini təmin etmək

5. Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq.

Göründüyü kimi, yeni AFFA rəhbərliyinin əsas məqsədi milli komandanın nəticələrinin yaxşılaşmasıdır və burada kişi komandaları ilə paralel qadın futbolu da prioritetdir.

Uzunvədəli planda FIFA reytinqində ilk 75-liyi hədəfləmək məqsədlərin üzdə/üstdə görünən hissəsidir. Lakin bu yolun altqatında hədəfə uyğun səviyyədə futbolçu yetişdirmək, bunun üçünsə 2 və 3-cü bəndlər qeyd olunub. Məhz bu məqamda bir vacib məsələ ortaya çıxır. Hədəfdə qeyd olunan işlərin hər biri sinxron şəkildə idarə edilməlidir. Bəs Azərbaycanda bu miqyasda proses üçün maddi-texniki baza, kadr potensialı varmı?

Baza məsələsinə dair müxtəlif tutarlı punktlar var, onların arasında ən diqqətçəkən ölkə üzrə 8 regional akademiyanın tikilməsidir. Hətta bu sayı 6-ya endirmək də olar, bu halda belə inqilabi sıçrayışa nail olmaq mümkündür. Fikrimcə, AFFA məhz bu məsələdə ictimaiyyət tərəfindən böyük xal qazana bilər. Lakin nəinki o qədər akademiyanın faydalı idarə edilməsi, heç futbol xammalını yaradacaq səviyyəli mütəxəssisi iz yetərli sayda deyil. Bu ciddi bir qayğıdır və ən operativ addımların atılacağı istiqamətlərdən biri də bu olmalıdır.

3-cü bəndə diqqət edək. FİM necə yaradılacaq? Əslində, hər şeyə burdan başlamaq lazımdır. Amma necə, nə ilə?

AFFA bunadək elə pis işləyib ki, fundamental FİM yaratmaq üçün əlimizdə kadr potensialı belə yoxdur. Çox az sayda peşəkar və ədalətli futbol mütəxəssisindən başqa, demək olar, heç nəyimiz yoxdur. Yəni bizim hətta sıfırdan başlayıb müsbətə doğru irəliləməyə belə “bünövrəmiz” mövcud deyil, yeni AFFA rəhbərliyi bu həssas məqamı diqqətdə saxlamalıdır. FİM qeydi həm fəlsəfi, həm materialist prizmadan tutarlı məsələdir. Sanki mayak rolunu oynayacaq bu mərkəz ilk tutarlı addım olmalıdır. FİM yaxşı qurulsa, bütün strategiya faydalı olacaq, olmasa, xaos qaçılmazdır.

Maraqlı və ən fərqli detal isə 5-ci bənddədir. Məhz bu bənddən hiss olunur ki, layihəni “avrostandart” hazırlayıb (Qeyd: ABŞ-nin “MakKenzi”, Belçikanın “Double Pass” şirkətləri”). Klubların bazar dəyərini qaldırmaq sırf iqtisadi məsələdir. İndiyədək qəbul olunmuş heç bir inkişaf proqramında belə hədəf qoyulmamışdı. Bu, ölkə futboluna yeni termini gətirə bilər – “Futbol iqtisadçısı”. Güman ki, adıçəkilən şirkətlər bütün meyarları nəzərə alaraq bu bəndi layihəyə əsas hədəflərdən biri kimi salıblar. Azərbaycanda futbolun demək olar ki, dotasiyalar hesabına mövcud olduğuna dair məqalələr yazılıb, nümunələr çəkilib. Ümumiyyətlə, futbol da digər idman növləri kimi sosial layihə modulunda mövcuddur və heç bir gəlir predmeti yoxdur. Bu tabulaşmış durumu dəyişdirmək, futbolun iqtisadiyyatını yaratmaq lazımdır. Bir növ, bu sahə sənayeləşmə, industriya halına çatmalıdır. Bu haqda düşünərkən belə qət olunacaq məsafənin uzunluğu xəyalları belə yorur…

Və güman ki, layihə hazırlanarkən, bu punktun həyata keçirilməsi üçün imkanlar araşdırılıb. Yoxsa təxminən utopik görünən bu meyarın həyata keçirilməsi mövcud vəziyyətə görə mümkünsüz görünürdü…

Biz hələlik açıqlanan 5 əsas hədəf barədə icmal etdik. Tədricən hədəflər üzrə meyarları detallı incələməyə çalışacağıq.

Layihə o qədər cazib görünür ki, oxuyanda göz qamaşdırır, AFFA-nı alqışlamaq istəyirsən. Lakin tarixi təcrübə buna əsas vermir. Həm də yeni rəhbərliyin çox gec, üstəlik qapalı hazırlığı haqlı narazılıqlar, ümidsizlik yaratmışdı. Birdən-birə hərtərəfli iddialı bir layihə açıqlanır və təbii ki, qarışıq mövqelər/hisslər anlaşılandır.

Qayəsində Futbol ailəsinin formalaşdırılması sezilən bu layihənin şəffaf, səhih icrası bu camiədəki hər kəsin arzusudur yəqin. İlk addımlarda işıqlı əlamətlər sezilir. Əgər AFFA ictimai fikrə bu qədər önəm verirsə, bu alqışlanmalıdır. Mətbuatdan da fəal iştirak istənir və bu da pozitiv məqamdır. İdman mediası onsuz da illərdir “nə necə edilməlidir” barədə demək olar, hər şey yazıb. Elə layihəyə diqqət edəndə də hiss etmək olur ki, bu dəfə daha çox futbolda alternativ fikirlərə üstünlük verilib. Əgər layihə barədə qeydlər də diqqətlə incələnsə, onda demək olar ki, AFFA yaxşı iş görür.

P.S.

Tezliklə kadr potensialını formalaşdırmaq istiqamətində addımlar atılmalıdır. Şəffaflıq, peşəkarlıq və sinxron…

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Yanvar 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri