Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Yeni strateji məqamlar və milli prioritetlər

Yeni strateji məqamlar və milli prioritetlər

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev 7 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsində həm ölkə daxili, həm də beynəlxalq məsələlərə dair mühüm açıqlamalar verib. Müsahibənin əsas mövzularından biri ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi etməsi və bu mötəbər tədbirin nəticələri ilə bağlı olub.

Dövlətimizin başçısı ötən ilin noyabr ayında Bakı şəhərində keçirilən COP29-un təşkilində Azərbaycanın əldə etdiyi böyük uğurları vurğulayıb. Onun sözlərinə görə, bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi: “Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Mənim görüşdüyüm və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır”.
COP29 Azərbaycanın qlobal arenada həm ekoloji, həm də təşkilati imkanlarını nümayiş etdirmək üçün unikal fürsət oldu. Bu konfrans ölkəmizin beynəlxalq imicini gücləndirməklə yanaşı, dövlətimizə qarşı mövcud olan dezinformasiyaları aradan qaldırmağa da töhfə verdi. Ölkəyə ilk dəfə gələn qonaqların Bakının gözəlliyi, yerli cəmiyyətin fəallığı və peşəkarlığı ilə bağlı müsbət təəssüratları Azərbaycanın reallığını daha geniş auditoriyaya tanıtdı. Bu, həmçinin, Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi etmə bacarığının və yüksək təşkilati səviyyəsinin göstəricisi kimi diqqət çəkir. Dünyanın ən nüfuzlu tədbiri olan COP29-un uğurla təşkil olunması Azərbaycanın yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və ictimai sahədə nüfuzunu artırdı.
Həmin konfransın əsas müzakirə mövzularından biri qlobal iqlim dəyişikliyinin qarşısını almaq və bu məqsədlə maliyyələşmə məsələləri idi. COP29-da əldə edilən tarixi uğurlardan biri də İqlim üzrə Paris Sazişinin 6-cı maddəsinin tam razılaşdırılması oldu. 10 ilə yaxın müddətdə həmin maddə üzrə aparılan danışıqlar heç bir nəticə vermirdi və bu da iqlim dəyişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə mane olurdu. COP29 Sədrliyinin həmin Sazişin 6-cı maddəsi üzrə yekun qərarlar qəbul etməsi dünya dövlətlərinin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksək keyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir. Həmçinin, COP29-da ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan Sazişin yekun variantı təsdiq edildi. Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq. Bu faktorlar qlobal yaşıl keçid prosesində böyük bir nailiyyət kimi mühüm rol oynayacaq.
Sözügedən müsahibədə Azərbaycanın 19 dekabr 2024-cü il tarixində D-8 Təşkilatına üzv qəbul edilməsinin əhəmiyyəti də vurğulanmışdır. D-8 1997-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılan və iqtisadi əməkdaşlığı gücləndirməyi hədəfləyən bir təşkilatdır. Azərbaycanın bu təşkilata üzv qəbul edilməsi, xüsusilə İslam dünyasında dövlətimizin güclü mövqeyini göstərən mühüm bir addım olmuşdur. D-8-in məqsədi üzv dövlətlər arasında iqtisadi əlaqələri genişlənirmək və bu ölkələrin ümumi iqtisadi gücünü artırmaqdır. Təşkilata daxil olan ölkələrin əhalisinin sayı və ümumi daxili məhsulunun yüksək olması Azərbaycanın bu dövlətlərlə olan iqtisadi əlaqələrinin potensialını artırır. Sözügedən amillər Azərbaycanın qlobal iqtisadiyyatda daha fəal və strateji rol oynamasına şərait yaradır, eyni zamanda, D-8-ə üzvlük dövlətimizin beynəlxalq aləmdəki siyasi nüfuzunu artırır.
Prezident İlham Əliyev müsahibəsində, həmçinin Azərbaycanın təhlükəsizlik və hərbi məsələlərə ayrılan büdcə vəsaitləri barədə fikirlərini bildirib. Dövlət başçısı qeyd edib: “Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz...”.
Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsinin təhlükəsizlik və müdafiə sahəsinə ayrılması ölkənin həm daxili, həm də xarici təhdidlərə qarşı hazırlığını nümayiş etdirir. Həmçinin, Ermənistanın hərbi gücünü artırması ilə bağlı yeni təhdidlərə qarşı Azərbaycan bu məsələdə sərt mövqe tutaraq hər hansı bir təxribatın qarşısını qətiyyətlə alacaq. Dövlətimiz bu istiqamətdə hərbi-texniki potensialını gücləndirmək üçün müasir texnologiyalar və strateji tərəfdaşlıqlardan faydalanır. Ölkənin müdafiə sənayesinin inkişafı, xüsusilə yerli istehsalın artırılması təhlükəsizlik sahəsində dayanıqlılığı təmin edir. Bundan əlavə, regional sabitlik və təhlükəsizlik üçün Azərbaycan beynəlxalq əməkdaşlığı genişləndirməkdə davam edir.
Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın beynəlxalq aləmdəki rolunun artdığını, qlobal məsələlərdə fəal iştirak etdiyini və regional təhlükəsizlik məsələlərinə böyük diqqət ayırdığını bir daha göstərdi. COP29-da əldə edilən uğurlar, D-8 təşkilatına üzv qəbul olunması və Ermənistanın təxribatlarına qarşı sərt mövqe Azərbaycanın güclənən dövlət olaraq beynəlxalq mövqeyini nümayiş etdirən mühüm addımlardır. Bütün bu uğurlar Azərbaycanın həm qlobal, həm də regional səviyyədə etibarlı tərəfdaş və güclü dövlət kimi mövqeyini bir daha təsdiqləyir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri