Icma.az
close
up
RU
Strateji tərəfdaşlıq münasibətlərində yeni mərhələ: milli prioritetlər və geosiyasi hədəflər

Strateji tərəfdaşlıq münasibətlərində yeni mərhələ: milli prioritetlər və geosiyasi hədəflər

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Pakistan arasında əlaqələr tarixi köklərə, qarşılıqlı dəstəyə və ortaq maraqlara əsaslanır. Hər iki ölkə regional və beynəlxalq səviyyədə mühüm tərəfdaş olmaqla, siyasi, iqtisadi, müdafiə və mədəni sahələrdə sıx əməkdaşlıq qurub. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində fevralın 24-də Bakıda baş tutan görüşlər və imzalanan sənədlər bu münasibətlərin daha da güclənməsinə töhfə verib.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildən etibarən sürətlə inkişaf edib. Pakistan Ermənistanın işğalçı siyasətini daim pisləyib və bu ölkə ilə diplomatik əlaqələr qurmayıb. Pakistan parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanıması və İkinci Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi strateji tərəfdaşlığın bariz nümunələrindəndir.
İkitərəfli münasibətlər çərçivəsində hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir. Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Bakıda keçirdiyi görüşdə bu mövzuya xüsusi diqqət yetirilib. Görüş zamanı iki ölkə arasında suverenlik və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstəyin davam etdiriləcəyi bir daha vurğulanıb.
Tərəflər dövlətlərarası ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl addımlar atmağa qərarlıdırlar. Prezident İlham Əliyevin Bakıda keçirilən biznes-forumda çıxışı zamanı vurğuladığı kimi, ticarət dövriyyəsinin artırılması üçün real hədəflər müəyyən edilib və konkret layihələr üzərində iş aparılır.
Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları həcmində sərmayə yatırmaq qərarı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına böyük təkan verəcək. Artıq bu istiqamətdə işlər sürətlə aparılır və yaxın aylarda ilk nəticələrin əldə olunacağı gözlənilir.
Enerji sektorunda strateji əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Fevralın 24-də imzalanan sazişlər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Pakistanın enerji şirkətləri arasında bir neçə strateji razılaşma əldə edilib.
Bu dost dövlətlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq Pakistan istehsalı olan hərbi texnikanı əldə edib və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır. Müdafiə sənayesində birgə istehsal imkanları müzakirə edilib və gələcəkdə bu sahədə yeni layihələrin həyata keçirilməsi gözlənilir.
Bakıda görüşlər çərçivəsində nəqliyyat və kommunikasiyalar sahəsində də əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində aktiv iştirak edərək Pakistan üçün mühüm tranzit imkanları yaradır. Bu əlaqələrin genişləndirilməsi hər iki ölkə üçün iqtisadi və strateji baxımdan əhəmiyyətlidir.
İki ölkə arasında mədəni və humanitar sahədə də sıx əlaqələr mövcuddur. Heydər Əliyev Fondunun Pakistanda uğurlu fəaliyyəti, eləcə də “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” bu istiqamətdə yeni perspektivlər açır və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. Həmçinin, Azərbaycan və Pakistan arasında gömrük, ətraf mühitin qorunması və kənd təsərrüfatı sahələrində əməkdaşlıq genişlənməkdədir.
Azərbaycan və Pakistan arasında münasibətlərin gələcək inkişafı üçün güclü siyasi iradə və möhkəm hüquqi baza mövcuddur. Bu günə qədər imzalanmış 50-dən çox sənəd və yeni razılaşmalar hər iki ölkənin strateji tərəfdaşlıqdan dərin iqtisadi və təhlükəsizlik əməkdaşlığına doğru irəlilədiyini göstərir. Fevralın 24-də imzalanan sənədlər bu istiqamətdə növbəti mühüm addım olub.
İki ölkənin liderləri tərəfindən verilən siyasi iradə və iqtisadi sahədə atılan addımlar Pakistan-Azərbaycan əlaqələrinin daha da güclənəcəyini və gələcəkdə daha geniş əməkdaşlıq perspektivlərinin açılacağını vəd edir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri