Icma.az
close
up
RU
Yeni süni intellekt modeli xərçənglə mübarizədə dönüş yarada bilər

Yeni süni intellekt modeli xərçənglə mübarizədə dönüş yarada bilər

Icma.az, Metbuat saytına istinadən bildirir.

"Google" ilə Yale Universitetinin alimləri süni intellekt əsasında xərçənglə mübarizədə yeni yanaşma kəşf ediblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin "Gemma" açıq mənbə modelləri üzərində qurduğu "Cell2Sentence-Scale 27B (C2S-Scale)" sistemi xərçəng hüceyrələrinin immun sisteminə qarşı daha görünən olmasını təmin edəcək yeni müalicə istiqamətini ortaya qoyub.

Mütəxəssislərin sözlərinə görə, bu kəşf süni intellektin tibbdə ilk uğuru deyil. Daha əvvəl də "Robin AI" sistemi göz xəstəliklərinin müalicəsində ümidverici nəticələr göstərmişdi.

"C2S-Scale" modeli, hüceyrələri ayrı-ayrılıqda analiz edərək alimlərin yeni hipotezlər irəli sürməsinə imkan yaradıb. Əldə olunan nəticələr laboratoriya şəraitində sınaqdan keçirilib və müsbət nəticələr alınıb.

Araşdırma zamanı model mövcud dərmanlar arasında xərçəng hüceyrələrinin antigen istehsalını artıraraq immun sisteminə daha asan tanıdılmasını təmin edən namizədləri müəyyənləşdirib. Bunlardan biri əvvəllər başqa məqsədlərlə istifadə edilən "silmitasertib" (CX-4945) dərmanı olub. Sınaqlar göstərib ki, bu dərman interferonla birlikdə tətbiq edildikdə antigen istehsalını təxminən 50 faiz artırır.

Alimlər bildirirlər ki, bu yanaşma hələ kliniki sınaqlardan keçməlidir. Nəticələr təsdiqlənərsə, "Gemma" əsaslı süni intellekt tibbdə tamamilə yeni bir dövrün başlanğıcına çevrilə bilər. "Google" artıq "C2S-Scale" modelini oxşar araşdırmalar aparmaq istəyən alimlərin istifadəsinə açıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Oktyabr 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri