Yeni tədris ili: Kirayə mənzil qiymətləri yenə bahalaşdı
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Hər il olduğu kimi, 2025-ci ildə də yeni tədris ilinin başlanması kirayə mənzil bazarında canlanmaya səbəb olub”.
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib.
O, bildirib ki, avqust–sentyabr aylarında bölgələrdən Bakıya üz tutanların sayı xeyli artıb:
“Bunun əsas səbəbləri istirahət mövsümünün sona çatması və yeni dərs ilinə hazırlıqdır. Tələbə adını qazanmış abituriyentlər və rayonlarda yaşayan kirayəçilər paytaxta üz tutaraq mənzil axtarışına çıxıblar. Bu isə bazarda çatışmazlıq yaradaraq qiymətlərin artmasına səbəb olub”.
Ekspert bildirib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə kirayə mənzilə tələbat daha yüksəkdir:
“Bunun bir səbəbi tələbələrin və istirahətdən qayıdanların paytaxta toplanmasıdırsa, digər mühüm səbəb şəhərin müxtəlif yerlərində aparılan söküntü işləridir. Bu ərazilərdə yaşayan sakinlər kirayə mənzillərə üz tutduqlarına görə bazarda əlavə yüklənmə yaranır. Nəticədə əvvəlki illərlə müqayisədə kirayə mənzil bazarına daha az mənzil çıxarılır. Məsələn, əgər keçən il hər gün 15–20 mənzil bazara daxil olurdusa, bu gün həmin rəqəm 5–6-ya enib. Tələb təklifi üstələdiyindən qiymət artımı qaçılmazdır”.
Onun sözlərinə görə, xüsusilə 300–600/700 manat aralığında olan mənzillərə tələbat çoxdur:
“Bu seqmentdə əsasən tələbələr və aşağı gəlirli ailələr ev axtarır. Statistik olaraq müraciətlərin 60–65 faizi məhz bu qiymət aralığındadır. Ona görə də həmin mənzillərdə qiymət artımı daha kəskin müşahidə olunur. Daha yüksək qiymətli mənzillərə isə tələbat nisbətən azdır və bu səbəbdən qiymət artımı da zəifdir.
Ümumilikdə, bu il kirayə mənzil bazarında ən çox bahalaşma şəhərin mərkəzinə yaxın ərazilərdə və universitetlərin ətrafında yerləşən evlərdə qeydə alınır”.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Mənzil bazarında yeni mərhələ: kirayə qiymətləri... Açıqlama
30 Oktyabr 2025 07:07
Tələbələr üçün kirayə mənzil QİYMƏTLƏRİ
08 Sentyabr 2025 10:23
Kirayə mənzil qiymətləri artacaq AÇIQLAMA
25 Oktyabr 2025 12:02
Kirayə gəlirlərindən vergi azaldılır mənzil qiymətləri ucuzlaşacaq?
01 Noyabr 2025 08:14
Baxış sayı:65
Bu xəbər 18 Avqust 2025 19:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları