Icma.az
close
up
RU
Yeni tribunalın Rusiyaya təsiri olmayacaq ŞƏRH

Yeni tribunalın Rusiyaya təsiri olmayacaq ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Putin Rusiyaya qarşı yaradılan tribunaldan sonra Avropa ölkəkəri və Ukrayna ilə danışıqlara getməyəcək

“Ukrayna lideri və Avropa ölkələri Rusiyanı qıcıqlandıracaq təşəbbüslərdən ziyadə, sülhə doğru yumşaq addımlar atmalıdır"

 

Ötən il Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurasının Baş katibi Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması məqsədilə Xüsusi Tribunalın yaradılması haqqında saziş imzalayıblar. Artıq Fransa da təşəbbüsə qatıldığını elan edib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə bütün dövlətləri tarixi prosesə qoşulmağa çağırıb. Xüsusi tribunal araşdırmalar əsasında sübutlar toplayaraq,

Ukraynaya qarşı törədilən təcavüzkar əməllərə görə ittiham aktları hazırlayacaq. Növbəti mərhələdə İslandiya və Polşanın da qoşulacağı bildirilir. Sənəd yaxın zamanda Avropa Şurasında səsverməyə çıxarılacaq. Bu təşəbbüsün Rusiya ilə Ukrayna arasında dörd ildir davam edən müharibənin gedişinə necə təsir göstərəcəyi sual altındadır.

Mövzu ilə bağlı siyasi şərhçi İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Avropa ölkələri ilə Ukrayna bu qurumu yaratmaqla, Rusiyaya göz dağı verməyə çalışırlar:

“Rusiyaya qarşı yaradılan digər qurumlar kimi bunun da əhəmiyyəti olmayacaq. Onlar Putinin cinayət əməllərini ortaya saçmaq niyyətindədir. Əgər bununla Rusiyanın reputasiyasını zədələməyi istəyirlərsə, nəticə gözlədikləri kimi alınmayacaq. Vaxtilə, Beynəlxalq Cinayət Məhkəməsi də Putinə qarşı həbs orderi vermişdi. Ancaq o, hələ də azadlıqdadır. Halbuki, məhkəmənin səlahiyyətləri və işçi kütləsi yeni yaradılan qurumdan dəfələrlə üstündür”. 

Analitikin sözlərinə görə Putinlə yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahunu da törətdiyi cinayət əməllərinə görə mühakimə ediblər:

“İndiki vəziyyətə baxanda real nəticənin olmadığını görürük. Rusiyanın "təcavüz cinayət"lərinin araşdırılması əks-effekt doğuracaq. Ukrayna və Avropa ölkələrinin birgə fəaliyyəti Rusiyanın qıcıqlanmasına səbəb olacaq. Tarixi təcrübə göstərir ki, yaradılan qurumlar nə qarşı tərəfin reputasiyasına ciddi zərər vurur, nə də onu müharibə əməllərindən əl çəkməyə məcbur edir”. 

İ.Vəlizadə qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başladığı dönəmdə əks-səda doğuran təşəbbüslər edildi:

“Həmin təşəbbüslərin işə yaramadığını davam edən şiddətli müharibə də göstərir. Necə deyərlər, elin gözü tərəzidir. Bütün siyasi proseslər açıq-aşkar ortadadır. Ukrayna lideri və Avropa ölkələri Rusiyanı qıcıqlandıracaq təşəbbüslərdən ziyadə, sülhə doğru yumşaq addımlar atmalıdır". 

Ekspertin qənaətinə görə Putin Rusiyaya qarşı yaradılan tribunaldan sonra Avropa ölkəkəri və Ukrayna ilə danışıqlara getməyəcək:

“Bu proses də müharibənin uzanmasına səbəb olacaq. Əfsuslar olsun ki, yaradılan qurumlar və sərt bəyanatlar insanların müharibə qurbanına çevrilməsinin qarşısını almır. Bəs bu təşəbbüslərin əhəmiyyəti nədir?! Onların məqsədi bir neçə ölkəni təşkilatda birləşdirməklə, ictimai təfəkkürdə “saxta qalibiyyət” təsəvvürünü formalaşdırmaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Aprel 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri