Icma.az
close
up
RU
“Kiçik dövlətlərin sistemə təsiri olmayacaq” ŞƏRH

“Kiçik dövlətlərin sistemə təsiri olmayacaq” ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yeni nizamın qurulması prosesi çoxdan başlayıb və bu proses, demək olar ki, artıq bir neçə mərhələni adlayıb və böyük ehtimal ki, yeni dünya düzənində artıq əvvəlki sistemlərin tətbiqi mümkün olmayacaq. Böyük ehtimalla yeni sistemlərdə paylaşılan güc balansı dövlətlərin mövcud cari güclərinə görə formalaşacaqdır. Yəni, bu kifayət qədər ciddi bir prosesdir və düşünürəm ki, burada artıq hansı dövlətlər daha çox pay alacaqsa, onlar gələcək nizamın əsas aktorlarına çevriləcəklər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

O bildirib ki, burada əsas qlobal oyunçu olaraq ABŞ ilə Çin ön sırada dayanacaq: "İkinci sırada isə Rusiyanın Ukraynada əldə edəcəyi qalibiyyət, yaxud da üzləşəcəyi məğlubiyyət bəlli olacaq – yəni Rusiya və Avropa İttifaqı bu sistemdə olacaq, həmçinin Hindistanın da bu sistemə daxil olması mümkündür.
Növbəti mərhələdə isə regional aktor olaraq Türkiyə, İran, Yaponiya, Cənubi Koreya, Afrikada Misir, Efiopiya, Braziliya və digər ölkələr bu sistemin tərkibində yer alacaqlar. Kiçik dövlətlərə gəlincə isə, artıq sistemin oyunçusu olmayacaqlar, sadəcə sistemin tərkib hissəsi kimi davam edəcəklər. Onların inteqrasiya imkanları və təsir gücləri yalnız böyük dövlətlərlə əldə edəcəkləri uzlaşma nəticələrindən asılı olacaq.
Həmçinin onların yerləşdiyi geostrateji mövqe və əllərində olan resursları necə dəyərləndirmələri də önəmlidir.

Bu baxımdan düşünürəm ki, bütün bunlar yeni nizamda öz təsirini göstərəcək və böyük dövlətlər kifayət qədər ciddi səylə bu nizamda öz mövqelərini möhkəmləndirməyə çalışacaqlar. Ehtimal ki, növbəti mərhələdə dəyişimin başqa bir ayağı olacaq – məsələn, BMT Təhlükəsizlik Şurasının yeni formatda qurulması, bloklaşma məsələləri, dövlətlərin uzun illər ərzində hansısa blokda sistematik şəkildə mövqe tutması və s.

Kiçik dövlətlərin sistemə təsiri çox olmayacaq. Onlar yalnız iqtisadi resurslarını böyük dövlətlərlə bölüşdürməklə öz mövcudluqlarını və təsirlərini qoruyacaqlar.

Ona görə də düşünürəm ki, bütün bu amillər yeni nizamın əsas qaydalarını müəyyənləşdirəcək və ümumi prosesə təsir edən mühüm faktorlar olacaq".

Arzu Qurbanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri