Icma.az
close
up
RU
Yeni TURAN BAYRAĞININ mənası Faktlar, dəlillər

Yeni TURAN BAYRAĞININ mənası Faktlar, dəlillər

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Dünən Bişkəkdə Türk Dövlətləri liderlərinin 11- ci Zirvə görüşündə  Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul olunub.

 Turanın vahid simvolu olan bu yeni bayraqda əksini tapan simvolları, elementləri mənalandıran "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı deyib ki, bayrağın ortasında yer alan səkkizguşəli ulduz türklüyün simvoludur:


"Səlcuqların tarixində və abidələrində, Azərbaycan Cümhuriyyətinin bayrağında, müasir Türk Dövlətlərinin bir neçəsinin  bayrağında da səkkizguşəli, beşguşəli ulduzlar var".

A.Aşırlı bildirib ki bayrağın dizaynında  mavi fonda səkkizbucaqlı, aypara və ulduz, şüaları ətrafa bərabər paylanan Günəş əks olunub:

 "Mavi rəng türk millətinin birliyini ifadə etməklə yanaşı milli mədəniyyətin, kültürün, türk törəsinin də simvoludur. 

 Mavi fon həm də aydın səmanı, sülhü və firavanlığı simvollaşdırır. 

 Səkkizbucaqlı ulduz çoxəsrlik türk dövlət quruluşunu təmsil edir və cümhuriyyətin təsdiqini, ortaq türk mədəni irsindən gələn sabitliyi, bir-birinə bağlılığı  və gücün əlamətini bildirir. 

 Türk və İslam adət-ənənələrində səkkizbucaq təşkilatın irəliyə doğru apardığı yolda məşəl rolunu oynayır.

Günəş simvolundan tarixən  Türk dövlətləri öz  bayraqlarında istifadə edib, bu indiki mənada isə Türk Dünyasının ortaq gələcəyinə işarədir".

A.Aşırlı deyib ki,  bərabər istiqamətlər üzrə paylanan Günəş şüaları işığı, açıqlığı və canlılığı təmsil edir:

"Günəş şüaları türk dünyasının yolunu işıqlandıran, onu daha parlaq edən və firavan gələcəyə istiqamətləndirən ortaq dəyərlərin,  ortaq baxışın ifadəsidir. 

 Türk dünyasının məşhur simvolu olan ay-ulduz türk dövlətçiliyini, yüksəlişini, millətin gələcək arzularını və tərəqqisini göstərir". 


A. Aşırlı bildirib ki, Turan bayrağındakı bu elementlər türk dövlətlərinin zəngin ortaq tarixinə söykənən təşkilatın dinamik və gələcəyə hesablanmış addımlarının, heç vaxt öləziməyən ruhunun əksidir:

 "Bu bayraq Türk Dövlətləri Təşkilatının missiyasının mərkəzində dayanan türk kimliyinin, birliyinin, ortaq tarixi - mədəni  irsinin və hərtərəfli əməkdaşlığın əsas simvollarının ən yaxşı ifadəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri