Icma.az
close
up
RU
Yeni vergi qərarı mənzil bazarında ucuzlaşma yarada bilər: ŞƏRH

Yeni vergi qərarı mənzil bazarında ucuzlaşma yarada bilər: ŞƏRH

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Gələn ildən evlərini kirayəyə verən şəxslər 10 faiz dərəcə ilə vergiyə cəlb olunacaqlar. Yeni vergi mexanizminə əsasən, fiziki şəxslər arasında bağlanan kirayə müqavilələrində vergi "ödəmə mənbəyindən tutulma" prinsipi ilə tətbiq ediləcək. Yəni vergi öhdəliyi birbaşa kirayəgötürən şəxs tərəfindən yerinə yetiriləcək və bunun üçün VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açılacaq.

Kirayə mənzillərin 10 faiz dərəcə ilə vergiyə cəlb olunması bu sahədə proseslərə, qiymətlərə necə təsir göstərə bilər?

Bu sualla ekspertlərə müraciət etdik.

İqtisadçı Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında bildirib ki, kirayə mənzillərin vergiyə cəlb olunması təkcə kirayə bazarına deyil, həm də ümumilikdə mənzil bazarına öz təsirini göstərəcək:

"Əvvəlcə qeyd edək ki, bu qərar kirayə bazarında ilkin mərhələdə təsir qiymətlərin 10 faiz artması ilə müşahidə olunacaq. Bunun səbəbi kirayə verən şəxsin 10 faizlik itkisinin məhz kirayəgötürənin hesabına ödəmək istəyindən irəli gəlir.

Yəni məsələn, 100 manata kirayə verən şəxs 10 faizlik itkisini kirayə qiymətinə əlavə edəcək ki, bu da qiymətlərin 10 faiz artmasına səbəb olacaq. Amma uzunmüddətli dövrdə bu artım 10 faizlik həcmdə olmayacaq. İqtisadi qanunların və real bazarın təbii mexanizmləri ilə formalaşaraq artım təxminən 3-6 faiz ətrafında olacaq.

3-6 faiz artım ona görə baş verir ki, 10 faizin bir hissəsi ev sahibinin, bir hissəsi isə kirayə götürənin payına düşür. Yəni 100 manatlıq kirayə mənzil 105 manata olacaq. Artım 5 ± 2 faiz intervalında, yəni 3-6 faiz arasında dəyişəcək. 800 manatlıq kirayə mənzillərdə isə 80 manatlıq artım olmayacaq. Ev sahibi belə bir məbləğ təklif etsə də, bu artımın təxminən 50 faizi, yəni ortalama yarısı ödənilə bilər".

Ekspertin sözlərinə görə, 10 faizlik vergi sonrakı mərhələlərdə daşınmaz əmlak bazarında təkliflərin artmasına da səbəb ola bilər: "Yəni bəzi hallarda kirayəyə verilən evlərin satışa çıxarılması müşahidə edilə bilər. Çünki ev sahibi düşünəcək ki, əvvəl 400 manat gəlir əldə edirdim, indi onun 40 manatını vergi kimi ödəməliyəm. 360-380 manat gəlir mənim üçün sərfəli deyil, elə bu mənzili satım. Belə düşünənlər də olacaq.

Həmçinin, müvafiq dövlət qurumlarının bu sahəyə nəzarəti gücləndikcə, "ağarma" prosesi sürətlənəcək. Amma bu, qısa müddətdə baş verən proses deyil. "Ağarma" üçün müəyyən zaman tələb olunur. Çünki kirayə verənlə kirayə götürən arasında gizli anlaşmalar ola bilər - məsələn, kirayə qalmadığını, qohumunun yaşadığını, təmənnasız və ya ödənişsiz qaldığını göstərmək kimi.

Lakin bu hallar ev sahibi üçün müəyyən risklər yaradır. Məsələn, evdə yanğın, kirayəçinin pul verməməsi və digər məsələlərlə bağlı məhkəməyə müraciət zamanı ev sahibi üçün hüquqi problemlər yarana bilər. Ona görə də uzunmüddətli perspektivdə 10 faizlik vergi dərəcəsi həm büdcə gəlirlərini artıracaq, həm də bu prosesin "ağardılmasına" səbəb olacaq".

İqtisadçı Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, hökumət kirayə bazarında vergilərin tətbiq qaydasını dəyişməklə bərabər bu sahəyə ciddi nəzarət edəcək.

"Hazırda da bu vergi var. Sadəcə, indi iki VÖEN-siz fiziki şəxs arasında olan bu münasibətdə öhdəlik "ödəmə mənbəyində" yaranır. Ödəmə mənbəyini dəyişmək o deməkdir ki, dövlət bu sahədə ciddi nəzarət formalaşdıracaq.

Ekspert əlavə edib ki, daşınmaz əmlak bazarında qiymətlərə də bu qərarın neqativ təsiri mümkündür. Çünki daşınmaz əmlakın qiymətini müəyyən edən amillərdən biri onun icarə gəliridir. Əgər icarə gəlirinin 10 faizi vergi şəklində dövlətə gedəcəksə, bu, mənzillərin satış qiymətlərini azalda biləcək amillərdən birinə çevrilə bilər.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, icarə (kirayə) gəlirləri Dövlət Sosial Müdafiə Fonduna, yəni sosial sığortaya cəlb olunmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri