Icma.az
close
up
RU
Yeni virusun Azərbaycanda yaratdığı təlaş

Yeni virusun Azərbaycanda yaratdığı təlaş

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mütəxəssis hesab edir ki, bu cür halların qarşısını almaq üçün profilaktik tədbirlər həm vətəndaşlar, həm də aidiyyəti qurumlar tərəfindən lazımi səviyyədə yerinə yetirilsin

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto jurnalistlərlə söhbətində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusla telefon danışığından bəhs edib. Bu barədə “Moskovskiy komsomolets” qəzeti məlumat verib. Məlumata görə, Peter Siyarto bildirib ki, Qebreyesusla söhbət zamanı metapnevmovirusun yayılması ilə bağlı vəziyyəti müzakirə ediblər.

Siyartonun sözlərinə görə, hazırda ÜST bu xəstəliklə bağlı pandemiya təhlükəsi görmür. “ÜST hesab edir ki, hazırda dünyada metapnevmovirus infeksiyası ilə bağlı pandemiya təhlükəsi yoxdur”, - deyə nazir qeyd edib. O, həmçinin, ÜST rəhbərinə istinadən əlavə edib ki, hazırda insanların sağlamlığının qorunması sahəsində fövqəladə vəziyyət barədə də söhbət getmir.

Düzdür, ÜST insan metapnevmovirusunun pandemiya yaratmaq potensialı olduğunu düşünmür. Amma ekspertlər qeyd edir ki, bu virus yerli epidemiyalara səbəb ola bilər. Çünki ölkəmizlə Çin arasında gediş-gəliş mövcuddur. Digər tərəfdən, əgər artıq Qazaxıstan, Qırğızıstan, Rusiya və Türkiyədə bu virus qeydə alınıbsa, Azərbaycanda da yayılma ehtimalı yüksəkdir. Xüsusilə son vaxtlar insanlarda bir neçə gün, hətta həftələrlə yataqda xəstə vəziyyətdə qalması ilə xarakterizə olunan, ağır tənəffüs yolu xəstəlikləri bəlkə də insan metapnevmovirusudur. Xəstəliklə bağlı digər məqam da diqqət çəkir. İnsanlar bu virusa yoluxduqdan sonra əzələ, bel, sümük ağrılarından şikayət edirlər. Bu cür şikayətlər COVİD-19-da da müşahidə edilirdi. HMPV virusunda da belə ağrılar olmalıdırmı? Yoxsa əhali eyni anda COVİD-ə də yoluxublar?

Yeri gəlmişkən, Çində yayılan yeni metapnevmavirusun artıq İran ərazisinə çatdığı bildirilir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə ilk yoluxma halları qeydə alınıb. İran mediası bununla bağlı iranlı millət vəkili Salman İshaqiyə istinad edib. Belə ki, o, bununla bağlı xəbərdarlıq edib: “İrana yeni bir virus daxil olub və hökumət rəsmiləri bunu insanlara bildirməlidir”.

Zülfüqar Yusifov

Mövzu ilə bağlı invaziv ağrı mütəxəssisi, Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Metapneumovirusun yayılması haqqında məlumatlar genişlənməkdədir. Dünyanın müxtəlif ölkələrində, xüsusən də Çində və Qazaxıstanda, daha böyük əhali qrupları arasında yayılmalar müşahidə edilir. Uşaqlar arasında daha çox yoluxmanın olduğu qeyd edilir. Virus, digər yuxarı tənəffüs yolları infeksiyalarına səbəb olan viruslar kimi, müxtəlif tipik əlamətlərlə özünü büruzə verir ki, burada əsasən temperaturun yüksəlməsi, öskürək, burun axması və s. əlamətləri ön plana çıxır. Qeyd etmək lazımdır ki, bu virusun yayılma arealı nisbətən genişlənsə də, onun epidemiyaya və ya pandemiya kimi qiymətləndirilməsi doğru deyil. Keçmişdə də bu cür müxtəlif viruslarla üzləşmişik və müşahidə etmişik ki, ətrafımızda bir çox insanlar bu xəstəliyə yoluxub. Qrip ştamları da ayrı-ayrı illərdə, xüsusən havaların soyuması ilə əlaqədar geniş kütləni yoluxdurub.

Metapnevmovirus da bu sıradan olan viruslardan biri hesab edilə bilər. Əlbəttə ki, COVİD-19 təcrübəsi, dünyada virusa yoluxma ilə bağlı həssaslığı artırıb və pandemiya, epidemiya qorxularını artırıb. Ümumilikdə, dünyanın və insanların bu məsələlərə yanaşmasında bir stress faktoru ortada var. COVİD-19-un təsirləri hələ də yaddaşlarımızdan silinməyib. Belə bir yeni virusun yayılması cəmiyyətdə panikaya səbəb ola bilər. Amma hazırda epidemiya və ya pandemiya halında olmasaq da, bu vəziyyətə arxayın yanaşmaq da doğru deyil. Təbii ki, həm səhiyyə təşkilatları, həm də vətəndaşlar tərəfindən viruslardan və bu xəstəlikdən qorunmaq üçün zəruri tədbirlər görülməlidir.

Yaxın təcrübələrdən çıxış edərək tədbirlər tövsiyə olunur: kütləvi tədbirlərdən və izdihamlı yerlərdən uzaq olmaq, mümkün hallarda maskalardan istifadə etmək, digər gigiyena qaydalarına əməl etmək, immuniteti gücləndirmək üçün sağlam qidalanmaq, fiziki aktiv olmaq, təmiz havada vaxt keçirmək və təbii vasitələrdən istifadə etmək lazımdır. Həmçinin səhiyyə təşkilatları virusun yoluxma statistikasını mütəmadi olaraq izləməli və vəziyyətin nəzarətdən çıxması ehtimalında adekvat tədbirlər həyata keçirməlidir. Bu statistika əhəmiyyətli bir səviyyəyə çatarsa və daha ciddi tədbirlərin görülməsi tələb olunarsa, lazımi addımlar dərhal atılmalıdır. Lakin hazırkı vəziyyətdə belə bir təhlükənin mövcudluğundan danışmaq hələ çox tezdir. Əsas odur ki, bu cür halların qarşısını almaq üçün profilaktik tədbirlər həm vətəndaşlar, həm də aidiyyəti qurumlar tərəfindən lazımi səviyyədə yerinə yetirilsin".

Həkim xəstəlik zamanı əzələ ağrılarının olması ilə bağlı sualı da cavablandırıb: "COVİD-dən sonra bizim yadımızdadır ki, insanlarda əzələ ağrıları, oynaq ağrıları artır, halsızlıq olur, hərəkət məhdudiyyəti yaranır və bunlar da gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Əlbəttə, bunların meydana gəlməsinin əsas səbəbi iltihablı proseslərin səbəbi olan viral problemdir.

Birinci növbədə, viral problemi aktiv şəkildə müalicə etmək lazımdır, çünki baza xəstəliklər müalicə olunmadan bu əlamətlər tamamilə keçib gedə bilməz. İkinci növbədə, ağrılara səbəb olan faktorlardan biri bu xəstəlik zamanı ortaya çıxan çox sayda iltihab mediatorlarının və preiltihab mediatorlarının sintezidir. Xüsusilə oynaqların sinovial qişasında sitokinlərin artması oynaqlarda ağrılara, şişkinliyə və hərəkət məhdudiyyətinə səbəb olur, yanaşı olaraq əzələ ağrıları və gücsüzlük müşahidə olunur. Bu zaman pasiyentlərə simptomatik müalicə tətbiq olunmalıdır ki, ağrılar azalsın, ümumi həyat keyfiyyəti yaxşılaşsın. Mütləq şəkildə ağrıları azaltmaq və hərəkət məhdudiyyətlərini aradan qaldırmaq üçün gərəkli müalicələrdən istifadə olunmalıdır. Bu baxımdan, pasiyentlərin müvafiq həkimlərə, xüsusən də revmotoloqlara, nevroloqlara və ağrı həkimlərinə müraciət etməsi məqsədəuyğundur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Yanvar 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see252

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see220

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri