Yeni Yasamalda “Changan” döngəni kəsib hərəkəti çətinləşdirdi FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qayda pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkil göndərib. Xoşagəlməz hadisə oktyabrın 2-də səhər saatlarında Əsəd Əhmədov küçəsində qeydə alınıb. Belə ki, 77-GZ-773 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Fotodan göründüyü kimi, o, avtomobili döngədə park edərək sürücülərin hərəkətinə çətinlik yaradıb. İzləyicinin iddiasına əsasən, maşın uzun müddət ərazidə qalıb.
Xatırladaq ki, nəqliyyat vasitəsini döngələrdə, körpü üzərində, tuneldə, yolayrıcında, piyada keçidlərində və s. dayanmaq qəti qadağandır. Avtomobili döngədə saxlamaq digər hərəkət iştirakçılarının görünmə bucağını məhdudlaşdırır və qəza riskini xeyli artırır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 02 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















