Icma.az
close
up
RU
Uşaqlar arasında yayılan yeni virus nədir? İNFEKSİONİST AÇIQLADI

Uşaqlar arasında yayılan yeni virus nədir? İNFEKSİONİST AÇIQLADI

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər uşaqlar arasında təhlükəli virus yayılıb.

Lent.az xəbər verir ki, əsasən 5-15 yaş aralığında uşaqların yoluxduğu virus qrip kimi xəstəliklərlə oxşar simptomlar daşıdığı üçün valideynlər arasında çaşqınlıq yaradıb.

Hətta müşahidə olunan əlamətlər qızılcaya belə oxşayır. 

Bəs bu, nə virusudur? Bundan necə qorunmaq olar?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan əlamətlər əsasən hazırda kəskin respirator virus infeksiyaları, az da olsa qrip infeksiyaları ilə əlaqədar ola bilər.

Onun sözlərinə görə, xəstəlik əlamətlərinin səciyyəsinə görə bu infeksiyaları biri-birindən ayırmaq mümkün deyil: 

“Yəni oxşar simptomlarla müraciət edən şəxslərdə qeyd olunan fərqli infeksiyalar təsdiqlənə bilir. Konkret xəstəlik halında bunun hansı infeksiya olduğunu yalnız spesifik müayinələr aşkar edə bilər”.

Mütəxəssis qeyd edib ki, bu infeksiyalar əsasən yüngül, əksər hallarda fəsadsız keçir, qısa müddətə sağalır: 

“Buna görə də, bu tip kəskin respirator virusların rutin etioloji diaqnostikası tələb olunmur. Qeyd etdiyimiz kimi, yalnız qrip infeksiyaları istisnadır. Bu hallarda qorunmaq üçün, xüsusən də risk qruplarına aid olan insanların  peyvənd olunması məqsədəuyğundur. Özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik. Əgər bədən hərarəti 3 gündən çox davam edirsə, həkimə müraciət tövsiyə olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri