Icma.az
close
up
RU
Yeni Yol Xəritəsi...

Yeni Yol Xəritəsi...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi-investisiya əməkdaşlığında mühüm səhifə açacaq

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdə olması ikitərəfli münasibətlərdə yeni səhifə açan  hadisə kimi tarixə yazıldı. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında yeni strateji müttəfiqlik üçün möhkəm təməllərin qurulması dayanıqlı inkişaf perspektivlərini təmin etmiş olur. Prezidentlərin imzaladığı  “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu çoxistiqamətli yol xəritəsi hesab edilə bilər.

Sadiq və etibarlı enerji müttəfiqi

Strateji Tərəfdaşlıq Xartiyası üzrə Memorandum iqtisadi-ticari-enerji sahəsində 30 illik əməkdaşlığın yeni və mühüm səhifəsini açır. Bu, həm də indiyə qədər iqtisadi və enerji-kommunikasiya proqramlarında birgə iradənin müasir çağırışlar fonunda daha da irəliyə aparılması üçün niyyət və məramları əks etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ikitərəfli münasibətlər yeni pilləyə qalxır və strateji tərəfdaşlığımız başlayır. İki dövlət arasında iqtisadi baxışların qətiyyətli dövrünü xarakterizə edən enerji əməkdaşlığı da yeni dövrə qədəm qoyur.

ABŞ Azərbaycanın etibarlı enerji müttəfiqidir. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndə ABŞ-ın “Chevron”, “ExxonMobil” neft şirkətləri təmsil olunub, SOCAR-la bir neçə neft yataqlarının istismarı ilə bağlı müqavilələr imzalanıb. Tərəflər arasında səmərəli iqtisadi kommunikasiya, eyni zamanda böyük bir regional-coğrafi arxitekturada dərin əməkdaşlıq alyanslarını formalaşdırıb.

Azərbaycan-ABŞ enerji tərəfdaşlığı həm də region və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan töhfəverici amildir. Ötən 30 ildə neft-qaz sahəsində beynəlxalq əhəmiyyətli layihələrin icra olunması, təşəbbüslərin dəstəklənməsi əməkdaşlıq imkanlarının hədsiz güclü potensialından xəbər verir. Vaşinqtonun güclü dəstəyi sayəsində Xəzər regionunun ətraf coğrafiyalarla tranzitləri möhkəmlənib, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi, Şərq-Qərb enerji dəhlizlərinin formalaşması və BTC, TANAP, TAP kimi qlobal layihələrin ərsəyə gəlməsi mümkün olub. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Donald Trampın birinci prezidentlik dövründə verdiyi davamlı dəstək müstəsna rol oynayıb. Məhz bu səmimiyyət və qarşılıqlı anlaşma, dostluq ruhunda tamamlanan bu trans-kontinentla enerji layihələri bütün dövlətlərin tükənməz rifah və enerji intibahına xidmət etməklə, ABŞ-Azərbaycanın enerji diplomatiyasının birgə uğur salnaməsi kimi yadda qalıb.

ABŞ yeni neft yatağında...

Səfər çərçivəsində SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanması 30 illik enerji salnaməsnin uğurlu davamını əks etdirir. Bu sənəd Vaşinqtonun ən nəhəng neft korporasiyasının Azərbaycanda yeni fəaliyyət planlarına start verməsi, Azərbaycanın Xəzərdə formalaşdırdığı müasir enerji həmrəyliyi halqasının daha da genişlənməsinə töhfəsi və regionda trans-kontinental enerji habının yaranmasına sarsılmaz dəstəyi kimi xarakterizə edilə bilər.

Anlaşma Memorandumu milli neft korporasiyaları arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycanda həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini səfərbər edəcək.  “Azəri-Çıraq-Günəşli” layihəsində tərəfdaş olan “Exxon” ötən dövrdə neft emalı və nəqli, enerji sektorunda müasir qazma texnologiyalarının tətbiqi, habelə resursların diversifikasiyasında mühüm faydalar verib. Bu baxımdan qarşıda tükənməyən daha perspektivli potensialların səfərbər olunmasında yeni səhifə açılır.

Prezident İlham Əliyev yeni sazişlərin əhəmiyyətinə toxunarkən “ExxonMobil” və SOCAR arasında əməkdaşlığa dair imzalanan memorandumun xüsusi əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir. Son innovasiya dəyərləndirmələri üzrə tədqiqatların və geoloji təhlillərin nikbin nəticələri yeni karbohidrogen ehtiyatlarının kəşfinə işarə edir. Bu baxımdan dünyanın aparıcı enerji şirkəti olan, müasir texnologiyalar sahəsində böyük təcrübəyə malik “Exxon” şirkəti ilə yeni əməkdaşlıq bu kəşfi tezləşdirə bilər. Yeni karbohidrogen tədarüklərinə beynəlxalq maliyyə təşkilatı olan “EXIM Bank”ın qoşulması isə nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.

“Yaşıl enerji” ilə üst-üstə düşən strateji maraqlar

ABŞ Azərbaycanda enerjinin yeni gündəliyi olan “yaşıl hidrogen” və bərpaolunan enerji mənbələrinin tədarükü və nəqli proseslərinə də dəstək verərək  fəal əməkdaşlığa can atır. Azərbaycanın “yaşıl enerji” üzrə nəql marşrutu da Şərq-Qərb xətti üzərində qurulub ki, bu da Vaşinqtonun dəstəklədiyi enerji konsepsiyasına uyğundur.

Hazırda enerji seqmentində bərpaolunan mənbələrin diversifikasiyası və nəqli perspekivləri üzrə faydalı əməkdaşlıq alyansında da ABŞ siyasi-iqtisadi dəstəyi və təşəbbüskarlığı ilə diqqəti cəlb edir. Yeni enerji kursu hər iki dövlətin maraqlarını tam əks etdirir - Azərbaycanın istehsal mənbələri üzrə əldə ediləcək “yaşıl enerji”nin diversifikasiyası da əvvəlki həmrəylik və dostluq strategiyası əsasında Avropa və ətraf ölkələrin ehtiyaclarına yönəlməklə böyük bir coğrafiyanın təmiz enerji tələbatlarını həll edəcək. Xəzər-Qara dəniz kabeli Türkiyə, Avropa və Mərkəzi Asiya bağlantılarını koordinasiya edərək “yaşıl enerji”nin qlobal interkonnektoruna çevriləcək.

Orta Dəhlizdə Azərbaycan və ABŞ-ın ortaq maraqları

ABŞ şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində digər sahələrə investisiya qoyması üçün də imkanlar böyükdür. Hazırda bu ölkənin qeyri-hökumət təşkilatı Marşal Fondu Azərbaycanın ANAMA təşkilatına ərazilər minalardan təmizlənməsi işinə dəstək verir. Bu faktor da amerika şirkətlərinin ərazilərin minalardan təmizlənməsindən sonra həmin torpaqlarda əsası qoyulan aqrar, aqrar-sənaye, enerji layihələrində təmsil olunmasına stimul verə bilər.

Azərbaycan qlobal nəqliyyat-komminikasiya-logistika landşaftının ən nəhəng coğrafi tranziti olan Orta Dəhlizin ən etibarlı mərkəzlərindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması, ələxsus da ABŞ  Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi dəstək verir, daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çalışır. Prezident İlham Əliyevin “Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər yükdaşımalarda daha fəal iştirak etsin. Bu, pul gətirir, iş yerləri yaradır, siyasi təsir yaradır” fikri də məhz Orta Dəhliz landşaftında ölkəmizin strateji yerinin daha da güclənməsinə xidmət edən baxışı əks etdirir.

Süni intellekt, rəqəmsal texnologiyalar və “yaşıl iqtisadiyyat” qurucluğunda yeni dövr

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq formatı qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə və digər sahələri də əhatə edir. Ələxsus da, dördüncü sənaye inqilabının və süni zəka dövrünün tələbatlarına uyğun olaraq, startaplar, rəqəmsal texnologiyalar, innovasiyayönümlü sənaye layihələri, süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiya üzrə yaxından işləmək planları ön sırada dayanır. Yeri gəlmişkən, 907-ci düzəlişin üzərindən birdəfəlik üfüqi xəttin çəkilməsi ABŞ-Azərbaycan əlaqələrinin iqtisadi ritminə zərər verən bütün meyilləri də aradan götürür və ikitərəfli iqtisadi münasibətlərin çoxşaxəli gündəliyi yazılır.

Azərbaycanın iqtisadiyyat nazirinin SOCAR-ın prezidenti ilə birlikdə “SpaceX” şirkətinin və “EXIM Bank”ın rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi görüşləri zamanı Amerika investisiya klubunun yeni texnologiyalar və sənaye quruculuğunda Azərbaycana hərtərəfli dəstək vermək niyyəti ümidverici perspektivlər vəd edir. “EXIM Bank” kimi nəhəng qlobal maliyyə institunun davamlı dəstək niyyəti isə sərmayələrdə axının qapısını açacaq.  Digər əməkdaşlıqlar da Amerikanın güclü iqtisadi dəstəyi və sərmayə təşviqləri sayəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafına möhkəm baza yaradacaq. 2024-cü ildə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 752,9 milyon dollar təşkil edib. Bu rəqəmi daha da yüksəltmək üçün potensial böyükdür və yeni iqtisadi-investisiya niyyətlərinin gerçəkləşməsi əmtəə mübadiləsini ən azı 2 milyard dollara çatdıracaq. Nəticədə, Azərbaycan iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin formalaşması təmin olunacaq.

Beləliklə, 35 ilə yaxın tarixi olan ABŞ-Azərbaycan münasibətləri öz strateji zirvəsinə çatmaqdadır. Azərbaycan Prezidentinin və Donald Trampın ortaya qoyduğu sarsımaz iradə və imzalanan sənədlər yaxın dost ölkələrin iqtisadi-ticari müttəfiqliyini möhkəmləndirməklə, çoxşaxəli əməkdaşlıqlara dərin zəmin yaradır.

ELBRUS CƏFƏRLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri