Icma.az
close
up
RU
Yeni strateji Yol Xəritəsi...

Yeni strateji Yol Xəritəsi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycan-ABŞ birgə investisiya platforması yaradılır

Avqustun 26-da Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında çıxış edən Mikayıl Cabbarov Azərbaycan-ABŞ münasibətlərinin perspektivlərindən danışarkən bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın tamamilə yeni ge?işməzmunlu səhifəsi açılıb. Azərbaycanın dövlət başçısının avqustun 8-də ABŞ-a səfəri çərçivəsində imzalanan Çərçivə Sazişi və şirkətlər arasında əldə edilən anlaşmalar iqtisadi sahədə ikitərəfli münasibətlərin yeni strateji yol xəritəsini müəyyənləşdirir.

30 ildə 19 milyard dollara yaxın investisiya

Azərbaycan-ABŞ iqtisadi və ticarət əməkdaşlığının uzun illərdir ki, yüksələn xətlə inkişaf etdiyini xatırladan M. Cabbarovun sözlərinə görə, iqtisadi əlaqələrin müqavilə-hüquq bazasını ötən dövrdə imzalanmış 87 sənəd təşkil edir. 2007-ci ildə əməkdaşlığın institutsional mexanizmi kimi yaradılan Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası birgə təmasların inkişafında müstəsna rol oynayıb. Komissiyanın sonuncu (4-cü) iclası 2019-cu ilin mayın 17-də Bakıda keçirilib və həmin dövrə qədər qarşıya qoyulmuş prioritetlər üzrə müsbət nəticələrə nail olunub. Bu təşəbbüslər dövlətlər arasında əmtəə mübadilələrinin davamlı artmasına səbəb olub və 2024-cü ildə Azərbaycan-ABŞ ticarət dövriyyəsinin dəyəri  1,7 milyard dolları təşkil edib. ABŞ Azərbaycanın xarici ticarət dövriyyəsində 5-ci , o cümlədən idxalında 4-cü, ixracında isə 24-cü yeri tutur.

Ötən illərdə tərəflər arasında investisiya dinamikası hər il artımla irəli gedib. ABŞ şirkətləri üçün investisiya cəlbediciliyini qoruyub saxlayan Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə irihəcmi sərmayələr yatırılıb. Ötən 30 ildə ABŞ Azərbaycana, ümumilikdə, 18,9 milyard dollar, o cümlədən neft-qaz sektoruna 17,4 milyard dollar, qeyri-neft-qaz sektoruna isə 1,5 milyard dollar investisiya yönəldib. Ölkəmizin kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət sahələrində 300 Amerika şirkət qeydiyyata alınmaqla, onlardan 220-si aktiv fəaliyyətini davam etdirir.

Azərbaycan ABŞ-ın 10 müttəfiqini qazla təmin edir

İki ölkə arasında ötən əsrin əvvəllərindən möhkəm təməli qoyulmuş enerji əməkdaşlığı yeni müstəviyə qədəm qoyur. 1994-cü ildən Azərbaycanın əzmkar enerji diplomatiyasını qətiyyətlə dəstəkləyən və “Əsrin müqaviləsi”ndə və sonrakı sazişlərdə nəhəng şirkətləri ilə (“Exson”, “Mobil”, “Chevron”) təmsil olunan ABŞ Şərq-Qərb enerji dəhlizlərinin formalaşmasında birmənalı mövqeyi ilə ölkəmizin strateji tərəfdaşı olub. Habelə, BTC, TANAP, TAP kəmərlərinə siyasi dəstək verən güc mərkəzlərdən biri kimi ABŞ bu layihələrin sülh və rifah, əsil enerji həmrəyliyi dəhlizlərinə çevrilməsində dəstəkverici siyasətini davam etdirib. Donald Trampın birinci prezidentlik dövründə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində verdiyi dəstək Azərbaycanın ABŞ üçün önəmli strateji əməkdaş olduğunu təsdiqləyib və yeni enerji bumu Azərbaycanın və Vaşinqtonun regionda müştərək iqtisadi-enerji maraqlarını tam legitimləşdirib. Belə ki, Azərbaycanın hazırda təbii qazla təmin etdiyi 10 dövlət məhz ABŞ-ın müttəfiqləridir ki, bu amil olduqca mühüm geosiyasi əhəmiyyət daşıyır.

Həmçinin Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilərək Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq kommunikasiya alyansı yaradır. Azərbaycanın bu geoiqtisadi və coğrafi mövqeyinin əhəmiyyətliliyi Transxəzər-Qərb nəqliyyat habını formalaşdırır. Bu isə Vaşinqton tərəfindən yüksək dəyərləndirilir.

Ümumiyyətlə, rəsmi Bakının yürütdüyü daxili və xarici siyasətin, həm Azərbaycan, həm də Qərb və ABŞ-ın maraq və prinsiplərinə tam cavab verməsi, Azərbaycanın Qafqaz regionunda və Xəzərətrafı bölgədə malik olduğu geostrateji mövqe və iqtisadi əhəmiyyət də əlavə olunmaqla, ABŞ-ın strateji tərəfdaş kimi Bakı ilə münasibətlərini möhkəmləndirir.

“EXIM Bank”ın qeyri-enerji və innovasiyalara böyük sərmayə planları

Regionda strateji layihələrin birgə maliyyələşdirilməsi üçün Azərbaycan və ABŞ arasında birgə investisiya platformasının yaradılması təklif edilir. Yeni əməkdaşlıq gündəliyinə uyğun olaraq “Exson” və “EXIM Bank” qeyri-ənənəvi neft yataqlarında hidrogen istehsalını tədarük etmək niyyətindədir. Bankla imzalanmış sənəd Azərbaycanın qeyri-enerji və “yaşıl enerji”yə keçid, translogistika və innovasiya layihələrinə maliyyə dəstəyi göstərmək üçün innovativ alətlər təqdim edəcək. “EXIM Bank” və “SpaceX” kosmik texnologiyalar, süni intellekt, yeni sənaye quruculuğu transferi sahəsində aparıcı dəstəyini göstərəcək. ABŞ şirkətlərinin Azərbaycanın bərpaolunan enerji sektoruna da böyük marağı böyükdür və bu istiqamətdə fəal məsləhətləşmələr aparılır. 

İkitərəfli münasibətlərdə fəal yer almağa çalışan biznes icmaları da səmərəli layihələr üzərində çalışır. Məsələn, Azərbaycan Milli Biznes Assosiasiyası ABŞ-ın aparıcı 10 şəhərində nümayəndəliklərini açmağı planlaşdırır ki, bu təşəbbüs hər iki ölkənin investorları və sahibkarları arasında dayanıqlı iqtisadi platforma deməkdir. ABŞ şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində digər sahələrə investisiya qoyması üçün də imkanlar böyükdür.

Beləliklə, çoxistiqamətli əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatına ABŞ şirkətlərinin yeni axınlarına və ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəyə yüksəlməsini təmin edəcək.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri