Icma.az
close
up
RU
Yenidən seçkiyə getmək Gürcüstan hökumətinin ciddi məğlubiyyəti demək olacaq TƏHLİL

Yenidən seçkiyə getmək Gürcüstan hökumətinin ciddi məğlubiyyəti demək olacaq TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Ona görə də yalnız bir yol var, zorakılıqla da olsa, Zurabişvilini iqamətgahdan çıxartmaq. Həbs etməyə məncə risk etməzlər, bunun üçün bir əsas yoxdur"


Dekabrın 29-da Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək. Amma Salome Zurabişvilinin iqamətgahı tərk etmədiyi, yeni prezidenti legiyim saymadığı deyilir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, Zurabişvilinin iqamətgahdan zorla çıxarılıb cəzaçəkmə müəssisəsinə köçürülməyi çox pis mənzərə olardı. Kobaxidze deyib ki, bu halda Salome Zurabişvili müdrik davranacaq: 

"Bu, partiya ofisi deyil, Gürcüstan Prezidentinin iqamətgahıdır, ona görə də orada ssenari üzrə oynamaq təkcə Salome Zurabişvilinin deyil, həm də bu ssenariyə qoşulacaq hər hansı bir şəxsin uzun illər həbs cəzası ilə nəticələnən cinayət törətməsi deməkdir. Ona görə də düşünürəm ki, ilk növbədə Salome Zurabişvili nə özünü həbsxanaya salacaq, nə də özü ilə birlikdə 100-150 nəfəri qurban verəcək. Ona görə də belə əsassız ssenarinin baş tutacağını gözləmirəm. Salome Zurabişviliyə və digər aidiyyəti şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur". Gürcüstan Prezidenti Salome Zurabişvili isə deyib ki, Gürcüstan prezidentinin inauqurasiyasının hüquqi qüvvəsi yoxdur, ona görə də prezident olaraq qalır və işləməyə davam edəcək. Zurabişvili təfərrüatların bazar günü açıqlanacağını qeyd edib. Litva Prezidenti Gitanas Nauseda Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefon danışığından sonra etdiyi “X” paylaşımında qeyd edib ki, Gürcüstan Belarus ssenarisinin təkrarlanması riski altındadır. Onun sözlərinə görə, Litva Avropa Parlamentinin Gürcüstanda demokratik seçkilərin keçirilməsinə dair qətnaməsini qətiyyətlə dəstəkləyir. 


"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Gürcüstanda vəziyyət onsuz da gərgindir və hələlik heç bir tərəf kəskin addımlar atmaq istəmir. Siyasi şərhçiyə görə, ilk növbədə hökumət qəti tədbirlər görməkdən hələlik çəkinir:

 "Görünür, Qərbin münasibətindən ehtiyat edirlər. Ancaq bu, sonsuza qədər davam edə bilməz. Gürcüstan prezidenti and içəndən sonra hökumət qəti addımlar atmaq məcburiyyətindədir. Yəqin ki, andiçmədən sonra məsələ həll olunacaq. Əks halda, uzaqbaşı, bir-iki gün səbirli davranarlar və Zurabişvilini zorla iqamətgahdan çıxararlar. Çünki başqa cür mümkün deyil. Ya müxalifətin tələblərinə əməl olunmalı və yenidən seçkilər keçirilməlidir, yaxud da Zurabişvili zor tətbiq edilməklə prezident iqamətgahından çıxarılmalıdır. Həmçinin etiraz aksiyalarının qarşısı alınmalıdır. Hələlik hökumət qəti addımlar atmır, müxalifət də yalnız etirazlarla kifayətlənir. Qərbin tutacağı mövqedən də çox şey asılı olacaq". 


A.Səmədovun qənaətincə, hələlik Qərb kəskin addımlar atmır: 

"Qərb kəskin addımlarla Tbilisini hədələsə, xüsusilə Amerika Birləşmiş Ştatlarının prezidenti kəskin mövqe ortaya qoysa, yəqin ki, Gürcüstan hökuməti bir az da düşünmək məcburiyyətində qalacaq. Ancaq bu düşüncələrin sonu nə olacaq, hökumət geri çəkiləcəkmi? Güman edirəm artıq geri çəkilməyə yer qalmayıb. Yenidən seçkiyə getmək Gürcüstan hökumətinin ciddi məğlubiyyəti demək olacaq. Ona görə də yalnız bir yol var, zorakılıqla da olsa, Zurabişvilini iqamətgahdan çıxartmaq. Həbs etməyə məncə risk etməzlər, bunun üçün bir əsas yoxdur". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri