Yenidən zədələnən Neymar meydaçanı ağlayaraq tərk etdi
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zədəsi səbəbindən bir ildən çox müddətdə oynaya bilməyən 33 yaşlı braziliyalı futbolçu Neymar, “Santos” forması ilə keçirdiyi ilk oyunda yenidən zədələnib.
"Unikal" xəbər verir ki, təcrübəli futbolçu Braziliya A seriyasında "Atletiko MG" ilə matçın ilk yarısında sol ayağından zədə alıb. O, zədəsi səbəbindən oyunu davam etdirə bilmədiyinə görə 34-cü dəqiqədə meydaçanı göz yaşları içində tərk edib.
Ulduz futbolçu İspaniyanın “Barselona” və Fransanın “Paris Sen-Jermen” klublarında oynadıqdan sonra 2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasına transfer olunub. Astronomik transfer haqqı və maaşla “Əl Hilal”a trasfer olan Neymar 2023-cü ilin oktyabrında millidə aldığı çarpaz bağ və menisk zədəsi səbəbindən bir il oynaya bilməyib.
Ağarza Elçinoğlu
Baxış sayı:90
Bu xəbər 17 Aprel 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















