Icma.az
close
up
RU
Yenidoğulmuş ilk dəfə nə zaman çimizdirilməlidir?

Yenidoğulmuş ilk dəfə nə zaman çimizdirilməlidir?

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mütəxəssislər yenicə anadan olmuş körpələri ilk dəfə çimizdirilmələrinin 48 saata kimi ləngitməyi məsləhət görürlər. Bunun üçün aşağıdakı səbəblər mövcuddur:

Müxtəlif infeksiyalara yoluxma təhlükəsinin aşağı düşməsi. Körpələr verniks  adlanan erkən inkişaf vaxtı formalaşmış ağ rəngli dəri hüceyrələrindən ibarət maddə ilə örtülmüş halda doğulurlar. Verniks yayılmış bir çox bakterioloji yoluxmaların qarşısını alan zülal daşıyıcısıdır. Verniksi təbii anti-bakterial bir məlhəm  rolunu oynayır. Qısası, körpəniz belə bir mikrob əleyhinə maddəyə bürünmüş şəkildə dünyaya gəlir. B grup streptokok və E coli tipli bakteriyalar doğuş zamanı körpəni yoluxurub pnevmoniya, meningit kimi qan infeksiyalarına səbəb ola bilər və ölümcül nəticələrə gətirə bilər. Bu infeksiyalar nadir deyillər-körpələr gündəlik olaraq bu bakteriyalar üçün müayinədən keçirlər. Verniks isə Yaradanın bu infeksiyalara qarşı təbii müdafiyəsidir. Verniks təbii dəri nəmləndiricisi və qoruyucusudur. Amniotik mayedən hava şəraitinə keçid zamanı körpənin dərisinin qorunmasına ehtiyacı vardır. Çimizdirilmənin ləngidilməsi süni ətirli losyonlara da ehtiyac qoymayacaqdır.

Körpə qanında şəkərin sabitliyi. Körpənin doğuşdan sonra erkən yuyulması qanda şəkərin düşməsinə səbəb ola bilər. Belə ki, doğuşdan bir neçə saat sonra körpə həm qanda şəkərin mənbəyi olan ciftdən ayrılmasına həm də, bətnxarici həyata uyğunlaşmalıdır. İlk günlərdə körpənin çimizdirilməsi ağlamasına, stresə və stres hormonlarının ifrazına səbəb olur. Stres hormonları isə körpənin qanında şəkərin səviyyəsini sala bilər ki, bu da körpənin ifrat yuxulu olmasına və süd əmməməsinə gətirib çıxara bilər. Bu hal isə öz növbəsində qanda şəkərin səviyyəsinin daha da düşməsinə səbəb olur. Nadir hallarda olsa belə, qanda şəkərin səviyyəsinin kəskin düşməsi nevroloji zədələrə yol aça bilər.

Körpənin tənzimlənmiş hərarəti. İlk günlərdə körpənin çimizdirilməsi hipotermiyaya səbəb ola bilər. Ana daxilində 37 dərəcə olduğu halda, bir çox körpələr otaq temperaturu 22 dərəcə olan şəraitlərdə doğulurlar. Doğuşdan sonrakı ilk bir neçə saatda körpə  hərarətini tənzimləmək üçün çoxlu enerji sərf edir. Əgər hərarətini çox itirərsə qanda şəkərin düşməsi yaxud başqa fəsadlar ola bilər.

Ana-körpə bağlılığının möhkəmlənməsi. Yeni körpələr anayla dəri-dəriyə sarılmağa ehtiyac duyurlar və ana südü əmmək üçün onlara fürsət verilməlidir. Körpənin sağlamlığının sabit olması və ağırlaşmalar müşahidə olunmadığı halda,  körpə anasının qucağında olmalı və bu qiymətli dəqiqələr körpə və ana arasında bağlılığı möhkəmləndimək üçün sərf edilməlidir. Anasının sinəsində bədən-bədənə sarılmış körpələrin qanda şəkər göstəricisi və bədənlərinin hərarət tanzimləmə bacarığı daha yaxşı olur və həmçinin döş əmmək qabiliyyətini daha tez mənimsəyirlər. Dəri-dəriyə kontaktı hətta qeysəriyyə kəsimi əməliyyatından sonra da tətbiq edilir. Körpənin yuyulması isə daha sonraya təxirə salınır.

Uğurlu əmizdirmə. Araşdırmalar göstərir ki analara körpə ilə sinə-sinəyə sarılmaq üçün kifayət qədər vaxt verildikdə və bu zaman müxtəlif tibbi müayinə və körpənin yuyulmasına sərf edilmədikdə əmizdirmə daha uğurlu nəticələr göstərir. Doğuşdan sonra ilk 1 saat (ən yaxşı halda ilk 30 dəqiqə) ərzində əmizdirilən körpələrin döşü düzgün götürmələrində əngəlləri olmur.  Çünki ana bətnində ikən körpə daimi ahənglə amniotik mayeni soraraq udur. Doğulanda isə o ağlayır, nəfəs almağa başlayaraq sormağı və udmağı yadırğayır. Dərhal əmizdirməyə başladığınızda isə körpənin vərdişi bərpa olunur. Körpəni sinənizin cildinə təmas üçün qoymaqla, körpə isinəcək, anansının səsini eşidərək rahatlıq tapacaq və döşün giləsini özü taparaq  əmməyə başlayacaqdır. Bu kimi vacib məsələlər olan halda körpənin yuyulması kimi ikinci dərəcəli proseduralar gözləyə bilər.

Əlcəkdən istifadə. Xəstəxana işçiləri amniotik maye və qanla təmas etməmək üçün yuyulmamış körpəyə baxım zamanı daim əlcək geyinməli olacaqlar. Bəzi araşdırmalar göstərir ki, əlcəklərin geyilməsi  körpələrdə yayılmış müxtəlif virus və digər yoluxmalara qarşı ciddi profilaktikadır.

Valideynlər körpələrini çimizdirmək sevinci yaşayacaq. Ananın səhhəti babatlaşdıqdan sonra, valideynlər asanlıqla körpənin ilk çimizdirilməsində iştirak edə bilərlər. Bu həm də tibb bacısıyla valideyn arasında bir təlim fürsətinə çevrilir. Bir vacib məqam da ondan ibarətdir ki, körpəni ilk ayında çimizdirərkən sadə sudan istifadə etmək kifayətdir. Bunun üçün heç bir sabuna, şampuna və digər gigiyenik vasitələrə ehtiyac yoxdur. Sadə su ilə çimizdirilməsi körpənin gigiyenik vasitələrin tərkibində olan zərərli kimyəvi maddələrlə təmasını azalda bilər.

Mənbə: www.childrensmd.org
Tərcümə: Məsumə Cəbrayıl

Vib.az

 

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri