Yeniyetmə atasının maşını ilə piyadanı vurub öldürdü VİDEO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə şəhər sakini 16 yaşlı yeniyetmə atasına məxsus "Hyundai" markalı avtomobillə Göygöl rayonu, Yeni Qızılca kəndinin ərazisində hərəkətdə olarkən, sərt döngədə idarəetməni itirərək yol kənarında dayanmış Feyruz Quluzadəni vurub.
Milli.Az DYP-yə istinadən xəbər verir ki, piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətdə aciz qalacaqlarını, bir sözlə - sonrakı peşmançılığın fayda verməyəcəyini unudurlar.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və valideynlərə müraciət edərək onları övladlarının gələcəyi naminə birgə əməkdaşlığa çağırır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Dekabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















