Yeniyetmə sürücü atasının maşını ilə səkidə oturan yaşlı kişini vurub öldürdü VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib piyadanın ölümünə səbəb olan 17 yaşlı sürücü ev dustaqlığına buraxılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Məlumata görə, martın 31-də saat 19.00 radələrində Beyoğlu rayonu Hacıahmet məhəlləsində Mustafa E. (17) atasına məxsus 06-AER-753 dövlət nömrə nişanlı minik avtomobilini idarə edərkən qarşıdan gələn avtomobili görüb. Özünü itirən sürücü manevr etmək istəyərkən səkiyə çıxaraq orada oturan Abdulkerim Yavuzu (59) vurub. Qəzadan sonra sürücü Mustafa E. hadisə yerindən qaçıb, Yavuz isə ağır yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadalarının əməkdaşları gəlib. İlk tibbi yardımından sonra Yavuz xəstəxanaya aparılarkən yolda ölüb. Polis əməkdaşları hadisə yerindən qaçan sürücünün nömrəsindən avtomobilin atasına aid olduğunu təyin ediblər. Atası ilə əlaqə saxlayan əməkdaşlar daha sonra Mustafa E.-ni də yaxalayaraq saxlayıblar.
“Ehtiyatsızlıqdan adam öldürmə” cinayətinə görə məhkəməyə çıxarılan Mustafa E., ev dustaqlığına məhkum edilib.
Bu qərarı düzgün görməyən zərərçəkəm ailə vəkil vasitəsilə qərara etiraz edib.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 29 Aprel 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















