Yeniyetmə qıza əxlaqsızlıq edən gənclə bağlı QƏRAR
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Ali Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən İman Maqsudovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, 2008-ci il təvəllüdlü İman Maqsudov 07 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində Naxçıvan şəhərində yerləşən kirayə yaşadığı evdə aşkar surətdə yetkinlik yaşına çatmamış, on altı yaşına çatmayan, 2010-cu il təvəllüdlü, zərərçəkmiş S.F (adı, soyadı şərtidir) ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib.
Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə o, 1il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Noyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















