Azyaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Ali Məhkəmədə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Sayad Sadıqovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İbtidai istintaq orqanı tərəfindən 2006-cı il təvəllüdlü Sayad Sadıqova Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə ittiham elan edilib.
Belə ki, o, 2022-ci ilin oktyabr ayının ortalarında saat 16 radələrində İmişli rayonu ərazisində kirayə əsasında yaşadığı evin qonaq otağında cinsi ehtirasını təmin etmək məqsədilə 2009-cu il təvəllüdlü olmaqla on dörd yaşına çatmayan zərərçəkmiş Y.Y. (adı, soyadı şərtidir) ilə qızın razılığı əsasında təbii yolla cinsi əlaqədə olub. Bundan başqa o, 26 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində kirayə əsasında yaşadığı həmin mənzildə cinsi ehtirasını təmin etmək məqsədilə Y.Y. ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olub.
İmişli Rayon Məhkəməsinin hökmü ilə Sayad Sadıqov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilib və məhkəmə iclas zalından həbs edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. (Pravda.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















