Icma.az
close
up
RU
Yeniyetmələrin ailə cinayətləri Onları zorakılığa nə vadar edir?

Yeniyetmələrin ailə cinayətləri Onları zorakılığa nə vadar edir?

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlar Azərbaycanda yeniyetmələr tərəfindən ailə üzvlərinə qarşı bir neçə ağır cinayətlər törədilib. Həmin cinayətlər nəticəsində bir neçə valideyn dünyasını dəyişib və bu cür əməllər onları tanıyanlarda, eləcə də cəmiyyətimizdə ciddi narahatlıq yaradıb. 
Sumqayıtda iki qardaşın atalarını döyərək qətlə yetirməsi, Goranboyda isə 15 yaşlı yeniyetmənin anası və nənəsini öldürməsi dəhşətli faktlardan xəbər verir.


Bəs yeniyetmələrin belə ağır cinayət əməlləri törətməsinin səbəbi nədir? 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmovanın sözlərinə görə, son dövrlərdə ailə daxilində valideyn-övlad münasibətlərində ciddi gərginliklərə tez-tez rast gəlinir.

Onun müşahidələrinə əsasən, ən çox rast gəlinən problemlərdən biri valideynlərin mobil telefonlardan həddən artıq istifadə etdiyi halda, övladlarına bunu qadağan etməsidir. "Bu isə yeniyetmələrdə qarşılıqlı anlaşılmazlıq və inamsızlıq yaradır", - deyən psixoloqun fikrincə, sosial şəbəkələrdə və texnoloji vasitələrdə nəzarətsiz şəkildə yayılan informasiyalar, uşaqların yaşına uyğun olmayan məzmunlara çıxış imkanı da onların psixoloji inkişafına mənfi təsir edir:


“Yeniyetməlik dövrü mənlik axtarışı dövrüdür. Bu dövrdə özünü sübut etmək istəyi güclənir və davranışlar daha çox emosiyalarla idarə olunur. Valideynlər bu davranışları haqsızlıq kimi qiymətləndirdikdə, dialoq yerinə mübahisələr yaranır. Bəzən bu mübahisələr faciə ilə nəticələnir”.


Mütəxəssis hesab edir ki, ailələrdə valideynlik bacarıqlarının artırılması və övladların davranışlarına empatik yanaşma vacibdir. Psixoloq qeyd etdi ki, məktəblər yalnız tədris yeri deyil, eyni zamanda düzgün tərbiyə və sosial davranışların formalaşdığı mühit olmalıdır.


Ü.Məhərrəmova həmçinin qidalanmanın da uşaqların davranışlarına təsir etdiyini vurğulayıb:


“Hormonal tərkibli, emosionallığı artıran qidalar beynin davranışa cavabdeh neyronlarına təsir edir. Bu da düşüncədən daha çox hisslərin öndə olmasına səbəb olur”.


Psixoloq əlavə edib ki, uşaqlar ətraf mühiti ailəni, cəmiyyəti, televiziya və sosial şəbəkələrdə gördüklərini güzgü kimi əks etdirirlər. Televiziya kanallarında və sosial şəbəkələrdə ailə zorakılığı, intihar və digər neqativ hallar normallaşdırılır və bu hallar cəmiyyətə mənfi təsir göstərir.


Mütəxəssis bu cür hadisələrin qarşısının alınması üçün ictimai müzakirələrin keçirilməsini, psixoloqların, həkimlərin, təhsil mütəxəssislərinin bir araya gəldiyi genişmiqyaslı konfransların təşkilini vacib sayıb:


“Məsələ kim günahkardır deyə araşdırılmamalıdır. Əsas məsələ odur ki, bu hadisələr niyə baş verir və necə edək ki, bir daha təkrarlanmasın”.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri