Icma.az
close
up
RU
Yeniyetmələrin susqun hayqırtısı

Yeniyetmələrin susqun hayqırtısı

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son illərdə ölkəmizdə və dünyada müşahidə olunan narahatedici tendensiyalardan biri də yeniyetmələrin evdən qaçması hallarının artmasıdır. Müşahidələr və araşdırmalar göstərir ki, bu yeniyetmələrin əksəriyyəti evdə psixoloji təzyiq, fiziki cəza, zorakı nəzarət və emosional basqılarla üzləşdiklərini bildirirlər. Bu isə cəmiyyət və ailə strukturu üçün ciddi xəbərdarlıq siqnalıdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O, qeyd edib ki, yeniyetməlik psixoloji və bioloji baxımdan insan həyatının ən mürəkkəb dövrlərindən biridir.

“Bu dövrdə fərd həm özünü kəşf etməyə, həm də müstəqilliyini qazanmağa çalışır. Bədənində və beyin fəaliyyətindəki dəyişikliklər emosional həssaslıq, impulsiv qərarlar, həddən artıq reaksiya vermə meyilləri ilə müşayiət olunur. Yeniyetmə artıq “uşaq” deyil, amma tam formalaşmış “böyüklük” statusu da qazanmamış olur. Ona görə də bir çox valideyn, yeniyetmənin dəyişən davranışlarına “nizam-intizam” gətirmək üçün sərt üsullara qışqırmaq, fiziki və ya psixoloji təzyiq göstərmək, müqayisələr aparmaq (“filankəsin uşağı belə eləmir”), ya da ümumiyyətlə onu görməzdən gəlmək kimi yanlış yollara əl atır. Halbuki bu dövrdə yeniyetmənin ehtiyacı olduğu əsas şey anlaşılmaq, dinlənilmək və şəfqətlə idarə olunmaqdır. Ailə daxilindəki zorakı ünsiyyət, avtoritar tərbiyə üslubu, şəxsi sərhədlərin tapdanması, “mən səni yaxşı bilirəm” münasibəti və ailə daxilində emosional istiliyin olmaması yeniyetmədə tək çıxış yolunun evdən uzaqlaşmaq olduğu düşüncəsini formalaşdıra bilər. Təəssüf ki, bu qərar onu çox zaman daha təhlükəli mühitlərlə istismar, sui-istifadə və qeyri-sağlam qruplarla üz-üzə qoyur”.

Psixoloqun sözlərinə görə, valideynlər yeniyetmə övladları öz fikrini, hissini bölüşdükdə onu dərhal düzəltməyə və ya danlamağa çalışmaqdansa, sadəcə dinləməyə çalışmalıdır. Bu, etibar körpüsünü gücləndirir.

“Valideyn yeniyetmə övladı ilə hisslər haqqında danışmağı vərdiş halına gətirməlidir. “Sən niyə belə etdin?” sualı əvəzinə, “Maraqlıdır, sən bunu niyə seçdin?” deyə soruşmalıdır. Qayda və sərhədlər yeniyetmə üçün vacibdir, lakin bu qaydaların “niyəsi” izah edilməlidir. Avtoritar deyil, demokratik yanaşma önəmlidir. Xüsusən valideynlərin öz emosiyalarını necə idarə etdiyini, qarşıdurmaları necə həll etdiyi yeniyetmə üçün model təşkil edir. Ona görə də bu istiqamətdə valideynkər yaxşı rol model olmalıdırlar.  Valideynlər eyni zamanda  yeniyetmə övladlarının dost çevrəsi, sosial media davranışları və maraqları haqqında məlumatlı olmalı, amma casus kimi deyil, maraqlı müşahidəçi kimi çıxış etməlidirlər. Əgər yeniyetmə övladla ailədaxili münasibətlərdə gərginlik uzun müddət davam edirsə, mütəxəssis psixoloqdan dəstək almaq həm valideyn, həm də övlad üçün faydalıdır.

Əslində yeniyetmənin evdən qaçması bir “qərar”dan daha çox bir “hayqırtıdır”,  “Məni gör, məni dinlə!” çağırışıdır. Valideynin bu çağırışı vaxtında eşitməsi, emosional zərər əvəzinə etibar və qarşılıqlı inamla dolu bir gələcəyin əsasını qoya bilər”,- deyə psixoloq vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri